Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq

    BİLMƏDİM

    Həyat çəkdi oda, közə,
    Girdim, yan dura bilmədim.
    Bəxtim qondu əlyetməzə,
    Neynim, endirə bilmədim.

    Qına, eşqim, qına məni,
    Qına dönə-dönə məni.
    Çıraq oldun, bir şöləni
    Çıxıb, yandıra bilmədim.

    Dönüb istəyə, mehirə,
    Çıxdın ürəkdən zahirə,
    Düşdün tilsimə, sehirə,
    Qırıb, sındıra bilmədim.

    Baş əydirdin imansıza,
    Kərəmsizə, amansıza,
    Haqqam deyən o qansıza
    Haqqı qandıra bilmədim.

    Müəllif: Redaktor, 10:50

    Teqlər:

İsmarıclar bağlıdır.