Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn

    Prokurorluq (1083 x 1083) (270 x 270)Yeniyetmələr tərəfindən törədilmiş cinayətlər ümumi cinayətkarlığın bir hissəsi olub özünəməxsus cəhətləri ilə seçilən xüsusi bir kateqoriyanı təşkil edir. Belə ki, yeniyetmələr tərəfindən törədilmiş cinayətlərdə cinayətin subyekti özünün psixoloji və maddi durumuna görə tam formalaşmamış fiziki şəxsdir. Fərdin yetkinlik yaşında həyat təcrübəsi həm müsbət, həm də mənfi cəhətlərin təsiri altında formalaşa bilər ki, bu da son nəticədə onun həyatının müəyyən hissəsində cinayət törətməyə meylini artıra bilər. Psixoloji durumu zəif olan şəxslər artıq həyatlarının ilk pilləsində bu sınaqdan çıxa bilməyərək cinayət törətmiş olurlar. Bir qədər psixoloji durumu həyat çətinliklərinə uyğunlaşmış şəxslərdə isə kriminal addımlara meyl bir qədər zəif olur.
    Bəs yetkinlik yaşına çatmayanlar dedikdə, kimlər başa düşülməlidir? Həmin kateqoriyaya kimlər daxildir? Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci və Cinayət-Prosessual Məcəlləsinin 428.2-ci maddələrinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Şəxsin on səkkiz yaşa çatması onun doğulduğu gündən deyil, həmin günün qurtardığı vaxtdan, yəni sonrakı günün başlandığı andan götürülür.
    Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilmiş cinayətlər özünün mürəkkəbliyi, dinamikliyi və aktivliyi ilə seçilirlər. Bu kateqoriyadan olan şəxslər erkən yaşlarında cinayət törətməyə meylli olduqlarından sonradan onların reabilitasiyası və kriminal aləmdən uzaqlaşması bir qədər çətinlik yaradır. Eyni zamanda yetkinlik yaşına çatmayan şəxslər törətmiş olduqları əməllərin ictimai təhlükəliliyini tam dərk etmədiyindən etmiş olduqları hərəkətləri (bəzi hallarda hərəkətsizliklərini) davam etdirirlər.
    Dövlət Statistika Komitəsindən verilmiş rəsmi məlumata görə 2013-cü ildə ölkədə cinayət törətmiş 14-18 yaşadək uşaqların sayı 548 nəfər olmuşdur. Halbuki, bu rəqəm 2010-cu ildə 375, 2011-ci ildə 465, 2012-ci ildə 466 təşkil etmişdir. Eyni zamanda göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlar tərəfindən 2010-cu ildə 37, 2011-ci ildə 48, 2012-ci ildə 42, 2013-cü ildə 67 ağır və xüsusilə ağır cinayətlər törədilmişdir. Bu kateqoriyadan olan şəxslərin tamah niyyəti ilə törətdikləri cinayətlərin göstəriciləri də artmışdır. Belə ki, 2010-cu ildə 167, 2011-ci ildə 263, 2012-ci ildə 231, 2013-cü ildə isə 320 oğurluq cinayətləri törədilmişdir. Tərtər rayonu üzrə 2013-cü ildə yetkinlik yaşına çatmayan şəxslər tərəfindən 2 cinayət törədilmişdir. Bu cinayətlərdən biri qəsdən adamöldürmə, digəri isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur. 2014-cü ildə isə rayon üzrə yetkinlik yaşına çatmayan şəxslər tərəfindən 5 cinayət törədilmişdir. Bu cinayətlərdən ikisi xuliqanlıq, biri narkotik vasitələrin qanunsuz dövriyyəsi, biri qəsdən sağlamlığa zərər vurma, biri oğurluq olmuşdur. Rəqəmlərdən də göründüyü kimi törədilmiş cinayətlərdə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilənlərin sayı artmaqdadır. Eyni zamanda cinayətlərin tamah niyyəti ilə törədilmə tendensiyası da müşayiət olunmaqdadır.
    Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilmiş cinayətlərin xarakterik əlamətlərindən biri də cinayətlərin təkrar törədilməsidir. Törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməyən və tam formalaşmamış şəxs yenidən eyni əməli qısa müddət ərzində törədir. Bu onun daha tez nəticə əldə etmək arzusu, əvvəlki uğursuzluqla barışmamaq niyyəti ilə bağlıdır. Bu səbəbdən də eyni ərazidə törədilmiş oğurluq hadisələrinin istintaqı zamanı əvvəllər bu qəbildən olan belə cinayətlər törətmiş şəxslərin müəyyən edilməsi və hadisədə iştirakının dəqiqləşdirilməsi cinayətin qısa müddət ərzində açılmasına yardımçı olur.
    Son dövrlərə kimi hüquq ədəbiyyatlarında yetkinlik yaşına çatmayan şəxslərin şəhər mühitində daha tez cinayət törətməyə meylli olması qeyd olunurdu. Lakin son 10 ildə bu rəqəmlər kənd mühitində törədilən cinayətlərin xeyrinə dəyişmişdir. Burada da xüsusi yeri oğurluq cinayətləri tutur.
    Ölkə ərazisində törədilmiş cinayətlərin artım dinamikası bilavasitə yetkinlik yaşına çatmayan şəxslərin törətdikləri cinayətlərlə sıx bağlıdır. Bu bir tərəfdən həmin şəxslərin islah olmaması, onlarla aparılmış tərbiyəvi-maarifləndir-mə işlərinin nəticəsiz qalması ilə sıx bağlı olsa da, digər tərəfdən həmin şəxslərin özlərinin kriminal amillərə meyl etmələri ilə əlaqəlidir. Yetkinlik yaşına çatmayan şəxslərin cinayət törətməsində ilkin səbəb-informasiyanın bolluğu, xüsusilə də cinayətə dair məlumatların televiziya kanallarında, internetdə və digər mənbələrdə geniş şəkildə yayılması, bunun da uşaqların yaddaş və şüurunda, xüsusən də şüuraltı düşüncəsində daimi iz buraxmasıdır. Bundan əlavə, hələ erkən yaşlarında kompüter oyunları, xüsusilə də cinayət xarakterli oyunlar, ölüm səhnələri və digər səhnələr onların buna meylini artırır və gələcəkdə cinayət törətməyə sövq edir. Azyaşlıların cinayətlərinin artmasında valideynlərin və müəllimlərin də diqqətsizliyi qeyd olunmalıdır. Uşağın gündəlik tərbiyəsi ilə məşğul olmalı, valideyn davamlı olaraq diq-qətsizlik və laqeydsizlik nümayiş etdirərək övladına az vaxt ayırır, onun mənfi vərdişləri rahatlıqla mənimsəməsinə şərait yaradır. Tədris prosesində isə müəllimlər üzərlərinə düşən öhdəlikləri lazımi səviyyədə yerinə yetirmədiyindən azyaşlıların daha çox asudə vaxtının yaranmasına, onların zərərli təsirlər altına daha rahatlıqla düşməsinə imkan verirlər. Lakin təkcə valideyn və müəllimlərin deyil, bütün cəmiyyətin üzərinə bu sahədə çox böyük vəzifələr düşür. İlk növbədə, uşaqların tərbiyə məsələsinə istər televiziya kanallarında, istərsə də mətbuat səhifələrində geniş yer verilməlidir. Bu işə psixoloqlar, psixoterapevtlər cəlb olunmalıdır. Uşaqlarla iş aparan ixtisaslaşdırılmış orqanlar yaradılmalı, bu sahədə qanunvericilik aktları daha da təkmilləşməli və işlək olmalıdır.
    Bununla bağlı respublikamızda yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi, eləcə də onlar tərəfindən törədilən hüquq-pozmaların qarşısının alınması və profilaktikası sahəsində kifayət qədər qanunvericilik bazası yaradılmışdır. Hazırda respublikamızda uşaq hüquqlarının müdafiəsı ilə əlaqədar fəaliyyət göstərən əsas qanun ”Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunudur. Bu qanun Azərbaycan Respublikasının Kons-titusiyasına, Uşaq hüquqları Bəyannaməsinə, Uşaq hüquqlarına dair BMT Konvensiyasına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquq və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, eləcə də digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir, uşaq hüquqlarına əməl edilməsi və uşaq baxımsızlığına qarşı mübarizənin təşkili sahəsində hüquq-mühafizə orqanlarına geniş səlahiyyətlər verir.
    Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilmiş cinayətlərin qarşısının alınması, bu sahədə neqativ gös-təriciləri azaltmaq məqsədi ilə həmin şəxslərin intensiv su-rətdə cəmiyyətə inteqrasi-yasına, məşğulluq səviyyəsinin artırılmasına və tərbiyəvi-maarifləndirmə layihələrində iştirakının təmin edilməsinə nail olunmalıdır. Bununla da müəyyən müddət sonra yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərin göstəricilərinin azalmasını müşayiət etmiş olacayıq.

    Müəllif: Redaktor, 09:59

    Teqlər:

İsmarıclar bağlıdır.