Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq

    55Mənim iş otağımın pəncərəsindən sizin həyət darvazanız, sənin bir zamanlar bəy-gəlin otağı kimi bəzəmək arzusunda olduğun evin pəncərəsindən isə indi məzarın görünür, əziz Nicat! Bilirəm ki, ruhun çox narahatdır, Lələ Təpənin qəhrəman oğlu! Bu narahatçılıq sənin doğmalarına söylədiyin son sözlərində də var. İndi ata-ananın, bacının, bütün doğmalarının dönə-dönə, təkrar-təkrar dinlədikləri son telefon danışıqlarında.
    Axı, necə də narahat olmayaydın? Sən torpaqlarımızı yağı düşməndən azad etməyə gedirdin. Qələbəyə inanırdın. Amma bununla belə ətrafındakı əsgərlərin həyatını qorumağa can atırdın. Ona görə də ilk olaraq öz ömrünü qurban verdin…
    Vətən şirindir, əziz Nicat! Sənin kimi minlərlə şəhidimiz öz qəhrəmanlıqları ilə bunu sübut ediblər. Elə buna görə də indi sizin ruhlarınız narahatdır. Çünki hələ də canınızdan artıq sevdiyiniz torpaqlar düşmən tapdağı altındadır.
    Amma bir təsəllimiz də var. Qoy bu, sizə də təsəlli olsun. Lələ Təpə azad edildikdən sonra yaxınlıqda yerləşən Cocuq Mərcanlı kəndinə qayıdış başlandı. İnsanlar doğma yurdlarına qovuşdular. Ancaq adlarınızı eşidən, sizi şəkilləriniz-dən tanıyan bu kəndin sakinləri hər səhər-axşam doğma ocaqlarında sizin ruhlarınıza dualar oxuyurlar.
    Sənin doğma ocağında isə valideynlərin növbəti ad gününü keçirdilər, Nicat! Sən onlar üçün, bizim hamımız üçün həmişə varsan, yaşayırsan, Tərtərin Nicat balası.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 13:53

    Teqlər:

İsmarıclar bağlıdır.