Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq

    patron-tumlari-alicilari-bel-aldadilir-foto15759c4427a4482e2b9bSon illər regionların sosi-aliqtisadi inkişafı sahəsində böyük nailiyyətlər əldə olunub. Prezident İlham Əliyev bu barədə belə deyib: “Heç vaxt Azərbaycanın tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdir. Bu gün Azərbaycanın bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq.”
    Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının yerinə yetirilməsində sahibkarlığın dəstəklənməsi xüsusi yer tutur. Bu sahədə bizim rayonda da böyük işlər görülür.
    Belə ki, təkcə cari ilin altı ayı ərzində 542 nəfər rayon sakini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanlarında qeydiyyatdan keçib.
    Köçərli kəndinin ərazisində sahibkar Əhməd Səfərov tərəfindən tikilmiş yeni müasir tələblərə cavab verən yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. Burada 30 yeni iş yeri açılıb.
    Xoruzlu kəndində Rəşid Məmmədovun başçılıq etdiyi “Patron” şirkətinin məhsullarını nəinki Tərtərdə, bütün respublikada yaxşı tanıyırlar. Şirkət 2010-cu ildən fəaliyyətə başlayıb. Hazırda burada 50-yə yaxın kənd sakini işlə təmin olunub.
    Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müvəkkil kredit bankları tərəfindən rayonun 15 sahibkarlıq subyektinə 176 min 643 manat güzəştli kredit, 11 sahibkara isə obyekt tikintisi üçün icazə verilmişdir.
    Rayonun sosial-iqtisadi inkişafında rayon sahibkarlarının xüsusi zəhməti var.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:26

    Teqlər:

İsmarıclar bağlıdır.