Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq

    Qubadli-rayonunun-isgalindan-22-il-kecir-6565Qubadlının işğalı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, «Dənizdən dənizə böyük Ermənistan» yaradılması daşnaq ideoloqlarının çoxillik sərsəm xülyalarının tərkib hissəsi idi. 1993-cü ilin iyul-avqust aylarında bütün cəbhə boyu erməni hücumlarının miqyası genişləndirildi. Bir-birinin ardınca Ağdam, Füzuli və Cəbrayıl rayonları işğal edildi. Bu rayonların boşalması Qubadlını faktiki olaraq, mühasirə vəziyyətinə saldı. Avqust ayı ərzində həm Ermənistan, həm də Laçın istiqamətindən hücumlar gücləndirildi. Avqustun 30-da Həkəri çayı boyu kəndlərə atılan mərmilərin ardı-arası kəsilmirdi. Günün ikinci yarısında başlanan yaylım atəşi isə insanların son ümidini də qırdı. Həmin gecə Xanlıq kəndinə qədər olan bütün kəndlər ermənilərin əlinə keçdi. Səhəri gün isə tamamilə mühasirəyə düşən qubadlıların geri çəkilməkdən başqa çarəsi qalmadı. Bu işğal nəticəsində 445 min kvadratmetr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, 1 tarix – diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb. 31 min 364 nəfər öz yurd-yuvasını tərk etməyə məcbur qalıb. Ümumilikdə bu döyüşlərdə 230 nəfər şəhid olub. Lakin itkilər yalnız bununla bitmir. Rayon ərazisində 23-ə yaxın mağara, IV və V əsrə aid 3 qalanın taleyi bugünədək məlum deyil. İşğaldan sonra BMT Təhlükəsizlik Şurası 874 saylı qətnaməsi ilə zəbt olunmuş torpaqlardan qoşunların çıxarılmasını tələb etsə də, Ermənistan hökuməti indiyədək buna məhəl qoymur.

    Müəllif: Redaktor, 10:16

    Teqlər:

İsmarıclar bağlıdır.