Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq

    BACARIQLI DƏRZİ, NÜMUNƏVİ ANA

    Изображение 099Leyla düşünmürdü ki, həvəsi olmadan öyrəndiyi peşə ömrünün sonunadək onun “çörək ağacına” çevriləcək. El adəti üzrə ata xeyir-duası ilə ailə həyatı qurmuşdu. Xoşbəxt idi. İki ovladı vardı. Lakin onun bu xoşbəxtliyi çox çəkmədi. Ailə bəzi səbəblər üzündən dağıldı. Və Leyla 2 körpəsi ilə yenidən ata ocağına qayıtdı. Doğrudur, doğmaları onu tək qoymadılar. Lakin bir qadın kimi ailənin ağırlığı onun çiyinlərinə düşdü. Övladlarını özü böyütməli oldu…
    Leyla Rəhimova 1993-cü ildə ikiillik dərzilik kursunu bitirmişdi. Rayon məişət xidməti kombinatında dərzi kimi fəaliyyətə başladı. O zamanlar dərzilərə plan qoyulurdu. Əgər o plan yerinə yetirilməsəydi, aylıq əmək haqqına təsir edirdi. Buna görə də öyrəndiyi peşəyə mükəmməl yiyələnirdi. Kombinatda çalışan təcrübəli dərzilərdən bilmədiklərini öyrənirdi. Sifariş verənlərin sayı gündən-günə artdı. Buna görə də qoyulmuş planı da vaxtında ödəyə bilirdi, uşaqların ehtiyaclarını da təmin edirdi. Onunla söhbətimizdə bildirdi ki, 28 ildən çoxdur ki, bu sadə, lakin şərəfli peşə ilə məşgul oluram. Hələ bir nəfər işimdən narazılıq etməyib. İndi sevinirəm ki, nə yaxşı vaxtında dərziliyi öyrənmişəm. Həm bir qadın kimi bu peşə mənə zövq verir, həm də maddi cəhətdən təmin olunuram.
    Leyla peşəsindən danışaraq dedi:
    –Əvvəllər təcrübəsiz idim, uşaqlar da körpə idilər. Ona görə da uşaqları bağçaya qoydum. Tikdiyim paltarları təkrar-təkrar ölçüb sonra biçirdim ki, yanlışlıq olmasın. Allaha şükür ki, indi bütün çətinliklərim arxada qalıb. Yaxşı dərzi kimi tanınmışam. Müasir dövrdə hazır geyimlərə üstünlük verilir. Sifarişlərim çox olur. Bir də sevinirəm ki, qızım Aynuru, oğlum Elnuru halal zəhmətimlə böyütdüm.
    Bəli, Leylanın qızı musiqi müəllimi, oğlu isə Dövlət Yol Polisi Xidmətinin rayon şöbəsində operatordur. Hər ikisi ailəlidir, 4 nəvəsi var.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:20

    Teqlər:

İsmarıclar bağlıdır.