Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn

    kisiDərzilik elə peşədir ki, ona həmişə ehtiyac duyulur. Müasir həyatımızda hər kəs səliqəli görünməyə, dəblə ayaqlaşmağa çalışır. Bəzən hazır alınmış paltarlarda, kostyum və paltolarda bacarıqlı dərzinin əl gəzdirməsi lazım gəlir. Belə olan halda təcrübəli, işini bilən, səliqəli dərzi axtarılır. Mehman Sadıqov həmin dərzilərdəndir.
    Mehman dərzilik peşəsini şəhərimizdəki texniki peşə məktəbində oxuyarkən öyrənib. O, 1986-cı ildə peşə məktəbinə daxil olub, 1989-cu ildə həmin məktəbi dərzi kimi bitirib.
    Artıq o illərdən xeyli vaxt keçib. Ötüb keçən hər an bacarıqlı bir dərziyə çevirib Mehmanı.
    Tikdiyi kostyum və gödəkcələrin, palto və plaşların üzərində zərgər dəqiqliyi ilə işləyir. İşlətdiyi tikiş maşınının saz və-ziyyətdə olmasına çalışır. Müraciət edən hər bir müştərinin tələblərini məsuliyyətlə yerinə yetirir. Ona görə də Meh-mana dərziliklə əlaqədar müraciət edənlərin sayı gündən-günə artır. Bu işdə bacarıqlı dərziyə müvəffəqiyyətlər dilə-yirik.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 11:35

    Teqlər:

İsmarıclar bağlıdır.