Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen

    Изображение 094Azərbaycan Uşaqlar Birliyinin regionlar üzrə departament rəhbəri Nigar Bayramlı və “Yeni həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova Beynəlxalq Bilik Günü münasibətilə rayonumuzun Bayandur kəndində olaraq, buradakı kənd ibtidai məktəbin şagirdlərinə çanta və məktəb ləvazimatları hədiyyə ediblər.
    Bu münasibətlə keçirilən görüşə şagirdlərlə yanaşı, məktəbin müəllim kollektivi və valideynlər gəlmişdilər. Tədbir ikiqat sevinc içərisində keçib. Çünki cari tədris ilində şagirdlər onlar üçün tikilmiş modul tipli yeni məktəbdə təhsil alacaqlar.
    Nigar Bayramlı, Nailə İsmayılova, məktəbin direktoru Natella İbrahimova, valideyn Gilas Əsədova balacaları yeni dərs ilinin başlanması münasibətilə ürəkdən təbrik edib, ölkəmizdə təhsilin inkişafından danışıblar. Bayandur kəndində tikilən yeni binanın bunun bariz nümunəsi olduğunu göstəriblər. Onlar şagirdlərə yaxşı oxumağı, valideynlərini daim əla qiymətlərlə sevindirməyi tövsiyə ediblər.
    Cabhə bölgəsində yaşamağın çətinliklərini qeyd edən qonaqlar, bu rayonda uşaqdan tutmuş böyüyədək hər kəsin bir qəhrəman olduğunu söyləyiblər.
    Həmin gün qonaqlar həmçinin Bakı sakinlərinin cəbhə bölgəsində yaşayanlara sovqat göndərdikləri geyim əşyalarını da paylayıblar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:51

    Teqlər:

İsmarıclar bağlıdır.