Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen

    DSC_5192 121DSC_5249 (Копировать)2017-2018-ci tədris ilində rayonumuzda 1035 uşaq 1-ci sinifə qəbul edilib. Ümumiyyətlə, çalınan ilk zəng 10 min 106 nəfər şagirdi yenidən sinif otaqlarına səslədi. Bunlardan 613-ü onbirincilərdir.
    Cari tədris ilində Tərtərdə 34 tam orta, 10 ümumi orta və 3 ibtidai məktəbdə 1238 nəfər müəllim işləyəcək.
    Cari tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı–tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olundu.

    Şəhər 5 saylı tam orta məktəbi. Bu il məktəbin məzunlarından 9 nəfəri yüksək ballarla ali təhsil ocaqlarına qəbul olunublar. Onlardan 2 nəfəri 600-dən yuxarı bal toplamış bacı-qardaş, 2 nəfəri 500-dən yuxarı bal toplayan məzunlardır.
    Cari ildə bu təhsil ocağında 350 nəfər şagird təhsil alacaqdır. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 42 nəfər müəllim məşğul olacaqdır.
    DSC_9507 (Копировать)Məktəbin ilk dərs günü tədbirində rayon icra hakimiyyətinin başcısı Müstəqim Məmmədov iştirak edirdi.
    2 Saylı məktəb-lisey Yeni dərs ilinin başlanması münasibəti ilə məktəb-liseyin həyətində müəllim və şagirdlər, həmçinin əllərində gül-çiçək tutmuş birincilər, valideynlər toplaşmışlar.
    Bu il məktəb-liseydə 59 nəfər müəllim 605 nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olacaq.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə iştirak etdi. O, çıxış edərək rayonda təhsilə göstərilən qayğıdan söz açdı və yeni dərs ilinin başlanması münasibəti ilə hamını təbrik etdi.
    Seydimli kənd tam orta məktəbi. Sentyabrın 15-də Bilik Günündə Seydimli kənd tam orta məktəbinin əsaslı təmir olunmuş yeni korpusunun açılışı oldu.
    Məktəbin direktoru Nurəddin İbrahimov çıxış etdi.
    Cari tədris ilində məktəbdə təhsil alan 338 şagirdin təlim-tərbiyəsi ilə 39 müəllim məşğul olacaq.
    Tədbirdə iştirak edən Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması ürzə Agentliyin layihə rəhbəri Vəli Albəndov çıxış etdi.
    Sonra kənd ağsaqqalı Əllədin Süleymanov və məktəbin VII sinif şagirdi Asiman İsayeva çıxış etdilər.
    Tədbirdə iştirak edən Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni dərs ilində kollektivə uğurlar arzuladı.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:29

    Teqlər:

İsmarıclar bağlıdır.