Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Sen

    DSC_5419Buruc kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik iki kəndi–Buruc və Hüləbətli kəndlərini əhatə edir. İcra nümayəndəsi Böyükkişi Məlikov, Buruc Bələdiyyəsinin sədri Sərdar Aslanov və icra nümayəndəsinin müavini Seymur Yusibovla birlikdə ərazidəki kəndlərdə olduq. Burada insanların məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Ərazidə əhalinin sayı 1100 nəfərdir. Burada 15 subartezian quyusu işləyir. Bunların 9-u Burucda, 6-sı Hüləbətlidədir.

    Taxılçılıq diqqət mərkəzindədi

    DSC 01Öyrəndik ki, bu ərazidə 154 hektar sahədə taxıl və 30 hektarda arpa becəriblər. Fermerlər buğda sahələrinin hər hektarından 40 sentnerdən çox, arpa sahələrinin isə hər hektarından 30 sentner məhsul götürüblər.
    Taxılçılıqla məşğul olan fermerlərdən Tahir İbrahimov, Fərman Qurbanov, Baloğlan Məmmədov və başqaları bol məhsul götürməklə fərqləniblər.

    Bir fermerin pambıq sahəsində

    DSC_5405Ölkə Prezidenti cənab İlham Əliyevin çoxdan unudulmuş sahəyə çevrilən pambıqçılığın inkişaf etdirilməsi strategiyası burada da insanların işə marağını qat-qat artırıb.
    Fermerlərdən Etibar Abdullayev 4, Böyükkişi Məlikov 12, Seymur Yusibov 18 hektar pambıq sahələrində yaxşı məhsul hasilə gətiriblər.
    Buruc kəndindəki fermer Füzuli Babayevin 3 hektara yaxın pambıq sahəsində “ağ qızıl” toplanışı həvəslə davam etdirilirdi.
    Fermer yaxasında ağ önlüklü pambıq toplayan qadınları göstərib dedi:
    –Bax bu qızlar Xatirə Əliyeva, Qəndab Rəhimova, Maisə Əliyeva, Atlas Abbasova və başqaları gündə adama 80-100 kiloqram pambıq toplayırlar. Bu il məhsulumuz boldur. Ən azı hektardan 30-35 sentner məhsul götürəcəyik. Bu, kəndli üçün həm yeni iş yeri, həm də yaxşı qazanc mənbəyidir. Buna görə də gələn il pambıq əkini sahələrini xeyli artırmaq fikrindəyik.
    Tarlada iş üstündə fermerlə görüşən zaman öyrənddik ki, Füzuli bu il pambıqla yanaşı 3,5 hektar sahədə taxıl becərib. Onun bu sahədə də göstəricisi yaxşı olub–hektardan 35 sentner.
    Xatırladım ki, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə rayonumuzun ərazisində 13 kənddə qazılan 16 yeni subartezianın biri də Burucda “30 hektar” deyilən yerə düşüb ki, onun da suyundan pambıq sahələri bəhrələnib.

    Şəkər çuğunduru gəlir mənbəyidir

    DSC_5355Ərazidə 60 hektar sahədə şəkər çuğunduru əkilib. Fermerlərdən Ədalət Əliyev 15 hektar, Tahirə İbrahimova 12, Rima Allahverdiyeva 10, Baxşeyiş Abdullayev 15 hektar sahədə şəkər çuğunduru becəriblər.
    Çuğundur sahələrində 4 becərmə aparılıb, məhsuldarlıq pis deyil. Bitkilərə yemləmə kübrəsi verilməsi və ziyanvericilərə qarşı dərmanlama işləri də keyfiyyətlə görülüb. Kəndlinin yaxşı qazanc mənbəyi sayılan şəkər çuğunduru sahələrindən bol məhsul götürülür.

    Salxım söyüdün kölgəsində

    DSC_5422Yuxarıda qeyd etdik ki, Buruc kənd İnzibatı Ərazi Dairəsində kənd əməkçiləri əkinçiliklə yanaşı heyvandarlıqla da məşğul olurlar. Buna misal olaraq fermer Rövşən Kərimovu göstərmək olar. O, təsərrüfatında 150 baş qoyun bəsləyir. Həmişə də deyir ki, bu bizim ata-baba sənətimizdir. Ailəmizin bütün gəlir, çıxarını bu hesaba təmin edirik. Onun təsərrüfatına gedəndə günün isti vaxtı idi. Qoyunlar salxım söyüdün altındakı kölgədə düzəldilmiş ağılın içində idi. Özü də bura elə düzəldilib ki, həm qoyunlar kölgədə dincəlir, həm də içərisindən yaxınlıqdakı artezianın suyu axır. Bir sözlə, qoyunçuluq üçün yaxşı şərait düzəldilib. Bizimlə birlikdə olan bələdiyyə sədri bildirdi ki, Rövşən qoyunçuluqdan başqa həm də 4 hektar sahədə xurma bağı əkib becərir. Bağlara yaxşı qulluq edildiyindən, ağaclar normal inkişaf edir. Bar vermək ərəfəsindədir.

    Şəhid bulağı

    DSC_5384Hüləbətli kənd sakini Ərşad Sarıyev torpaqlarımızın bütövlüyü uğrunda erməni qəsbkarlarına qarşı gedən döyüşlərin birində–Dranbon kəndi ətrafında 1992-ci ildə 19 yaşında şəhid olub. Şəhidin anası Şölə xala ilə, qardaşı Rafiqlə görüşdük. Söhbət zamanı öyrəndik ki, onlar ailədə 7 uşaq olublar–4 oğlan 3 qız. Ərşad ailənin 2-ci uşağı olub. Şölə xala dedi ki, Ərşadın atası Sarı kişi oğlunun dərdinə dözməyib, elə Ərşad dəyə-deyə dünyasını dəyişdi.
    O vaxtdan da Hüləbətli kənd tam orta məktəbi Ərşad Sarıyevin adını daşıyır. Bundan başqa kənddəki müasir üslubda qurulmuş bulağa da şəhidin adı verilib, üstünə Ərşadın şəkli həkk olunub. Söhbət zamanı şəhidin anası onu da bildirdi ki, oğlu Ərşad Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovla birgə döyüşüb.
    Neyləmək olar, oğullar vətəni, torpağı, el-obasını qorumaq üçün dünyaya gəlir. Ərşad da cəsur, qorxmaz oğlan idi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

    Xidmət obyektlərinin vəziyyəti

    DSC_5390DSC_5394DSC_5343DSC_5390Biz ərazidə olarkən xidmət obyektlərinin vəziyyəti ilə də maraqlandıq. Buruc kənd mədəniyyət evində 5 qaçqın və məcburi köçkün ailəsi məskunlaşdığından fəaliyyət göstərmir. Tibb məntəqəsi isə bağlı idi.
    Hüləbətli kəndində isə iş vaxtı olmasına baxmayaraq, klub mədəniyyət evi və kitabxana, tibb məntəqəsi bağlı idi. Dedilər ki, kənd mədəniyyət evi ötən il təmir olunsa da, müdiri 1 ilə yaxındır ki, işdən çıxıb, onun yerinə isə indiyədək heç kim təyin olunmayıb.

    Əvəz NƏSİROV,
    fotolar Kənan HÜSEYNZADƏNİNDİR

    Müəllif: Redaktor, 12:55

    Teqlər:

İsmarıclar bağlıdır.