Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Sen

    MƏRHƏMƏT HAKİM OLSUN BÜTÜN İNSANLIĞA!

    145431634556af1b392f2144.34814396Bu yazıya başlamaq istəyəndə, gözlərim önünə dünya xəritəsi gəldi. Bəli, bu gün qazan kimi qaynayıb daşan dünya–Əfqanıstan, İraq, Fələstin, Suriya, Türkiyə, Myanmar və dünyanın başqa ölkələri ilə yanaşı öz vətənim–Qarabağım qan içindədir. Müsəlmana yönəlmiş soyqırımlar səngimir. Bu ədalətsiz müharibələr, sayı-hesabı bilinməyən qətliamlar, dəhşət və işgəncə ilə öldürülən günahsız insanlar nədən dünyanın vicdanını sızlatmır, donmuş insanlığı əritmir? Sanki gözlər kor, qulaqlar kar olmuş. Baş vermiş və davam edən dəhşətlərə–köməksiz insan və məsum körpə qırğınlarına dünya laqeydcəsinə susur.
    İnsan haqlarından ağızdolusu danışan Qərb bu gün diri-diri torpağa basdırılan, batan qayıqlardan cəsədləri dəniz sularına qərq olan körpələri məgər görmürmü? Düşünürəm ki, görəsən böyük şairin qorxduğu zamanmı gəldi?
    “Qorxuram dünyada bir zaman gələ,
    İnsanlar yaşaya, insanlıq ölə”.
    Bir insan olaraq bu qəddarlığa qarşı içimdə daima bir üsyan o günahsız körpələrin qəbiristanı olan dəniz kimi coşur-çalxanır. Axı, mən də torpaqları işğal olunan, günahsız insanları öldürülən, şəhid verən, Xocalı kimi böyük yarası olan bir xalqın övladı, düşmənlə təmas xəttində yerləşən bir cəbhə rayonunun müəllimiyəm.
    Bir müəllimin, irqindən, milliyyətindən asılı olmayaraq bütün insanları “insan” olaraq sevən birinin bu dünyadan is-təyi nə ola bilər ki? Yalnız və yalnız sülh. Qan tökülməsin daha. Uşaqlarımız aydın səma altında şən və xoşbəxt yaşa-sınlar. Səmada güllələr deyil, sülh quşları uçsun. Bu Yer kürəsinin hökmdarı müharibə deyil, sülh və barış olsun. Göz yaşları qurusun artıq! Mərhəmət hakim olsun bütün insanlığa.
    Əziz oxucu, bu məktubu Ümumdünya Sülh Günü ərəfəsində yazıram. Bir gün bütün dünyada əbədi bir sülhün bər-qərar olması diləyi, istəyi ilə. Bu sətirləri oxuyarkən razılaşdığını belə görürəm. Və inanıram ki, növbəti Sülh günündə sizi Qarabağda Qələbə münasibəti ilə təbrik edəcəm.

    Vəsilə MEHDİYEVA,
    Sarıcalı kənd tam orta məktəbin direktor müavini

    Müəllif: Redaktor, 15:20

    Teqlər:

İsmarıclar bağlıdır.