Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Okt

    GƏNC TARİXÇİ

    IMG-20170925-WA0004Hər il oktyabrın 5-i bütün dünyada ümumxalq müəllimlər günü kimi qeyd olunur. Bu gün müəllimlərin peşə bayramıdır. Bütün dünyada olduğu kimi Azərbaycanda da bu gün böyük hörmət və ehtiramla yad edilir. Müqəddəs müəllim adını daşıyan hər kəs sevgi ilə xatırlanır. Təsadüfi deyil ki, bəzən müəllimi ikinci valideyn adlandırırlar. Elmə, təhsilə maraq, sevgi yaradan, çətin yolları keçməkdə, pisi yaxşıdan ayırmaqda bələdçilərimiz müəllimlərimiz olur.
    Müəllim peşəsini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimlərdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi?”
    Ulu Öndərin siyasi kursunun uğurlu davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına həmişə xüsusi qayğı ilə yanaşıb. Məhz bu qayğının nəticəsidir ki, ölkəmizdə müəllimin nüfuzu ilbəil artır.
    Bu gün Tərtər rayonunda da nüfuzlu, xalq arasında böyük hörmətə layiq olan müəllimlərimiz vardır. Məlumdur ki, müəllim peşəsi çətin və şərəfli peşədir. Bu sırada nümunə olacaq gənc müəllimlərimiz də vardır. Həm öz peşəsini sevən, həm də ictimai həyatda davranış və fəallığı ilə fərqlənən müəllimlərimizdən biri də Qarağacı kənd tam orta məktəbində direktor müavini və tarix müəllimi işləyən Rəşad Qarayevdir.
    Rəşad müəllim çalışdığı məktəbin yetirməsi, Qarağacı kəndinin övladıdır. Onun uşaqlıq və yeniyetməlik illəri Qarabağ savaşının tüğyan etdiyi zamanlara təsadüf edir. Erməni qəddarlarının törətdikləri vəhşilik daim onu narahat etmişdir. Hə-lə orta məktəb illərindən ölkəmizin tarixini öyrənmək istəyi, xalqımızın milli adət-ənənələrinə marağı bu gün onun tarixçi olmasına gətirib çıxarmışdı. 2001-ci ildə Qarağacı kənd tam orta məktəbini bitirərək Gəncə Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmuşdur.
    Tələbəlik illəri orta məktəbdə təməli qoyulmuş bilik və bacarığın yüksək səviyyədə inkişafına nail olmaqdır. Tələbə olmaq gələcək deyil, amma gələcəyin açarıdır, uğurların başlanğıcıdır, arzuların reallaşması deməkdir. Rəşad müəllim hələ tələbəlik illərində öz savadı, düşüncə tərzi, dünyagörüşü ilə fərqlənməyi bacardı, cəmiyyətdə özünə layiqli yer tutmaq üçün daim məsuliyyətli olmağa çalışdı. Təhsil aldığı universiteti müvəffəqiyyətlə başa vuraraq 2005-ci ildə və-tənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollandı. Bu dövrdə də özünü vətənin layiqli övladı kimi tanıtdı, eh-tiyat zabit hazırlığı kursunu keçdi.
    Rəşad müəllim təckə Qarağacı məktəbində işləməklə kifayətlənmir. O, həm də rayonumuzda yaradılmış “Kainat” kursunun təşkilatçısıdır. Kurs 2014-cü ildən fəaliyyət göstərir. Həm çalışdığı məktəbdə, həm də təşkilatçısı olduğu kursda tədris etdiyi fənnin mükəmməl mənimsənilməsinə çalışır. Odur ki, onun dərs dediyi gənclərin sırasında müvəffəqiyyət qazananların sayı ildənilə artır.
    Azərbaycan televiziyasında “Xəmsə” intellektual oyununda iştirak edən 5 nəfərdən ibarət komandamızın kapitanı olub. Komanda 2 dəfə zona yarışının qalibi olaraq birinci yeri tutaraq Bakı şəhərində keçirilən yarışlara lisenziya alıb. Burada da 16 güclü komandanın 5 və 8-ci yerlərinə layiq görülüb. Rəşad müəllimin zəhməti dəfələrlə fəxri fərmanlarla təltif olunub.
    Rəşad müəllimin fəaliyyəti təkcə təhsilin tədrisi ilə kifayətlənmir. O, ictimai həyatda da daim fəallıq göstərir. 2009-2014-cü illərdə kənd bələdiyyəsinin üzvü seçilib. Rayonun tədbirlərində öz maraqlı çıxışları ilə diqqət çəkən gəncləri-mizdən hesab olunur.
    Onu da bildirim ki, bu il təhsil nazirliyi tərəfindən aparılan diaqnostik qiymətləndirmədə direktor müavini kimi Rəşad müəllim 52 bal toplayıb. Tədris etdiyi tarix fənninin şagirdlərə sevdirilməsində hansı metodlardan istifadə etməsi barədə dedi:
    –“Hər bir arxeoloji abidə yeni bir tarixi faktdır”. Çalışıram ki, tarixi faktlarla zəngin olan ölkəmiz haqqında hər bir gəncdə mükəmməl məlumat yarada bilim. tədris prosesində müəyyən metodlardan istifadə edərək şagirdlərimizin müvəf-fəqiyyət qazanmalarına nail olum. Bildirim ki, bu il Kainat kursunda XI sinif üzrə 23 nəfər şagirdin 19 nəfəri müxtəlif universitetlərə, 4 nəfəri isə kolleclərə daxil olublar. Həmin şagirdlərdən 9 nəfəri 500-dən, 3 nəfəri 600-dən yuxarı bal toplayıblar. Bu il rayon üzrə ən yüksək–659 bal toplayaraq Bakı Dövlət Univerisitetinin hüquq fakültəsinə qəbul olan Cümşüd Qurbanov da bizim “Kainat” kursunun iştirakçısıdır.
    Gənc tarixçi Rəşad Qarayev çox maraqlı və intellektli bir müsahib oldu. Onunla söhbət etmək mənə çox xoş təsir bağışladı. Düşündüm ki, həyatımızın aparıcı qüvvəsi olan təhsil sistemində belə savadlı, dünyagörüşlü gənc müəllimlərimizin olması gələcəyimizin inkişafı deməkdir.
    Rəşad müəllimin simasında şərəfli müəllim adı ilə çalışan hər kəsi təbrik edib, yüksək müvəffəqiyyətlər arzulayıram.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 11:09

    Teqlər:

İsmarıclar bağlıdır.