Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Okt

    800px-Azokh_Cave3Füzuli rayonu Quruçay dərəsi: Təxminən bir milyon il əvvəl…
    Azıx mağarası bu ərazidə yerləşir və nəinki Azərbaycanda, həm də dünyadakı ən qədim insan izlərindən birinin tapıldığı yerdir.
    “Azıx” türk ləhcəsində “Ayı” mənasını verir. Mağara 800 kvad-ratmetr sahəyə malik, hər biri 600 metr uzunluğunda 8 dəhlizdən ibarətdir. 1960-cı ildə akademik Məmmədəli Hüseynov tərəfindən aşkar edilmiş Azıx mağarası 10 təbəqədən ibarətdir. Mağaradan tapılmış kül qalıqları 700 min il əvvələ aid edilir. Azıx adamının (Azıxantrop) yaşı isə 350-400 min ildir. 1968-ci ilin iyun ayında Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin III layında daş məmulatı və heyvan sümükləri ilə bərabər qədim insana məxsus alt çənə aşkar etmişdir. Tarixi bölgüyə görə daş dövrünün ən qədim mərhələsi olan Alt Paleolit dövrünə aid edilən tapıntı 50-60 yaşlarında bir qadının alt çənə sümüyüdür.
    Mağaranın divarında rast gəlinən və müxtəlif təbəqələrindən tapılan ayı kəllələri üzərində primitiv rəsm cizgilərinin olması ibtidai incəsənətin göstəricisi sayılır. Onlar mağara daxilində yaşayış şəraitinə xas dəyişikliklər etmişlər ki, bu da onların ibtidai tikinti vərdişinə malik olduqlarını sübut edir. Qeyd olunduğu kimi, yaşayış məskənindən tapılan ocaq izləri daha qədim tarixə gedib çıxır. Bu onu sübut edir ki, məhz 700 min il əvvəl köç edən böyük bir icmanın yolu torpaqlarımızdan keçmişdir. İndi torpaq altında yatan bu arxeoloji sərvət 100 min illər boyunca Azərbaycan torpağı üstündə qədim insan sivilizasiyasının mövcudluğunu göstərir. Çox təəssüf olsun ki, hazırda bu qədim məskən erməni işğalı altındadır. Mağarada “eşələnən” bəzi erməni “tədqiqatçılar” tarixi saxtalaşdırmaq istəsələr də həqiqət silinmir. Abidə dünya ictimaiyyəti tərəfindən Azərbaycanın arxeoloji sərvəti olaraq qəbul edilir. İnanırıq ki, tezliklə işğal edilmiş torpaqlarımız azad ediləcək və dünyanın ən qədim insan məskənlərindən biri olan Azıx mağarası yenidən tarixçilərin araşdırma obyektinə çevriləcəkdir.

    Rəşad QARAYEV,
    Qarağacı kənd tam orta məktəbinin tarix müəllimi:

    Müəllif: Redaktor, 10:27

    Teqlər:

İsmarıclar bağlıdır.