Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Okt

    новый-2новый-4Şükür Rəhmanov adına Azadqaraqoyunlu kənd tam orta məktəbində 15-dən çox qacqın və məcburi köçkün ailəsi
    məskunlaşsa da, ali məktəblərə qəbul olunan məzunların göstəriciləri uğurludur.
    Məktəbdə təhsil alan 273 nəfər şagirdin təlim-tərbiyəsi ilə 38 nəfər müəllim məşğul olur. Belə ki, 2016-2017-ci tədris ilində orta məktəbi bitirən 28 nəfər şagirdən 19 nəfəri ali məktəblərə iş vermiş, onların 11 nəfəri qəbul imtahanlarından lazimi bal toplayaraq müxtəlif ali məktəblərə daxil olublar.
    Bu 11 məzundan başqa ötən il orta məktəbi bitirənlərdən 2 nəfəri də Cansel Məmmədli və Lətif Hüseynli bu il ali məktəblərə qəbul olunublar.
    jg2356479новый-3Məktəbin məzunlarından birinci qrup üzrə Gülnaz Aslanlı 475 balla, Bakı Dövlət Universitetinin fizika müəllimliyi fakültəsinə, Uzeyir Xəlilzadə 345 balla Bakı Dölət Universitetinin dünya iqtisadiyyatı fakultəsinə, Aytən Alyoşzadə 329 balla Bakı Dövlət Univerisitetinin kitabxanaçılıq və informasiya fakültəsinə, Bəxtiyar Məmmədli 239 balla Azərbaycan Dövlət Universitetinin aqronomluq fakultəsinə daxil olublar.
    Azadqaraqoyunlu kənd tam orta məktəbinin direktor əvəzi Yeganə Mehdiyeva bildirdi ki, 2016-2017-ci tədris ilində məktəbimizi bitirib ali təhsil müəssisələrinə daxil olan məzunların bu nailiyyəti qazanmalarında öz işini bilən müəllimlərimizdən tarix müəllimi Familə Abbasovanın, dil-ədəbiyyat müəllimi Pərvanə Mehdiyevanın, riyaziyyat müəllimi Aygün Əliyevanın, biologiya müəllimi Nazilə Babayevanın, fizika müəllimi Sahilə Quliyevanın və ingilis dili müəllimi Gülbəniz Hüseynovanın əməyi xüsusilə böyükdür.
    Yeganə müəllimə sonra dedi:
    Rayonumuzda qacqın və məcburi köckünlər üçün inşa olunmuş 1176 yerlik yeni qəsəbə istifadəyə veriləndən sonra bizim Azadqaraqoyunlu məktəbində məskunlaşan qaçqın və məcburi köçkün ailələri də yeni mənzillərə köçürüləcək və gələcəkdə bu sahədə uğurlarımız daha da yaxşı olacaqdır.

    Mirzə NƏSİR

    Müəllif: Redaktor, 11:00

    Teqlər:

İsmarıclar bağlıdır.