Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Okt

    ELEKTRİK ENERJİSİZ MƏİŞƏTİMİZ YOXDUR

    212121DSC_5829Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamına əsasən hər il oktyabrın 20-si Energetiklər Günü kimi qeyd olunur, İqtisadiyyatın hər bir sahəsində olduğu kimi, elektroenergetika sektorunda da Azərbaycan uğurlar qazanıb.
    Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsi olan elektrik enerjisi sistemində də böyük nailiyyətlər əldə olunmuşdur.
    Regionların iqtisadiyyatının inkişafında həyata keçirilən dövlət proqramları Tərtərimizdə də özünü bariz şəkildə göstərir. Rayon əhalisinin yaşayışının normal təminatı üçün məqsədyönlü işlər görülməkdədir. Rayonun gecəsi də gündüzü kimi cıraqban olub, Əvvəllər elektrik enerjisi fasilələrlə verilirdi və bu da müəyyən problemlərin yaranmasına səbəb olurdu. Bu problemlərin aradan qaldırılması üçün rayon elektrik şəbəkəsi kollektivinin üzərinə böyük məsuliyyət düşür. Bu kollektivin üzrü – istismar üzrə aparıcı mühəndis Rauf Quluyev bəzi sorğularımıza aydınlıq gətirdi.
    Rayonda yarımstansiyaların sayı 4-dür. Bunlardan 35/10 kv-luq Dəmirlər yarımstansiyasında tələbatçıların yükünü nəzərə alaraq, əlavə 1000 KVA transformator quraşdırılıb. Əvvəllər mövcud olan 35/6 kv-luq Tərtər yarımstansiyası 110/35/6 kv-luq yarımstansiyaya köçürüldü. Hal-hazırda 35/6 kv-luq yarımstansiyadan qidalanan hava xətlərinin verilişi 110/35/6 kv-luq yarımstansiyaya birləşdirilib. Tam müasir açarlar və ayırıcılarla təmin edilib.
    Tərtər Elektrik Şəbəkəsi tərəfindən rayonun yarımstansiyalarında lazımi təmir işləri aparılıb. İstismara yararsız dirəklər və naqillərin dəyişdirilməsi üçün tədbirlər həyata keçirilir. Bu işlərin görülməsi Tərtər Elektrik Şəbəkəsinin mühəndis və elektrik montyorlarının səyi nəticəsində ərsəyə gəlir.
    Rauf müəllimdən özü haqqında da soruşduq. Bildirdi ki, 1988-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub, 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib, “Elektrik stansiyaları” ixtisası alıb. Həmin ildən indiyədək Tərtər Elektrik Şəbəkəsində çalışır. Hal-hazırda isə istismar üzrə aparcı mühəndis vəzifəsindədir.
    O, işlərinin çətinliklərindən də söz açdı. Bildirdi ki, bizim işimizin nəticəsi hər bir sahədə özünü göstərir. İşimizdəki cüzi yalnışlıq qəzaya səbəb ola bilər. Ona görə də kollektivimizin üzvləri peşəkar elektriklərdən ibarətdir, hər kəs öz işinin ustasıdır. Şəbəkənin rəisi Zülfu Salahovun və baş mühəndisi Sarvan Məmmədovun nəzarəti ilə çalışırıq ki, Tərtər şəhərinin və kəndlərimizin elektrik enerjisi ilə təchizatını tam təmin edək. Hamımıza məlumdur ki, enerjisiz məişətimiz mümkün deyil. Bunu tam aydınlığı ilə başa düşən kollektivimiz çalışır ki, camaatımız fasiləsiz elektrik enerjisi alsın.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 11:07

    Teqlər:

İsmarıclar bağlıdır.