Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Okt

    an-103010Azərbaycan sürətlə inkişaf edir, ölkənin bütün regionları ildən-ilə abadlaşır. Prezident İlham Əliyev Gədəbəy rayonundakı çıxışı zamanı deyib: “Biz onu da bilirik ki, Azərbaycan əhalisi hər il 100 min nəfər artır. Yəni, bu, çox gözəl göstəricidir. Bu, onu göstərir ki, ölkəmizdə sürətli inkişaf var. Ancaq inkişaf olan ölkələrdə belə müsbət dinamika var. Çünki, indi bəzi ölkələrdə əhali nəinki artır, azalır. Həm təbii azalma, həm miqrasiya var. Bizdə nə miqrasiya, nə təbii azalma var. Çünki ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, iş yerləri açılır, insanlar üçün gözəl şərait yaradılır. Rayon statistika idarəsinin verdiyi məlumata görə 1 yanvar 2017-ci il tarixə Tərtər rayonunun ümumi əhalisinin sayı 103 min 227 nəfərdir. Bunlardan 51 min 86 nəfəri kişi, 51 min 141 nəfəri qadındır. Şəhər əhalisinin sayı 30 min 167 nəfər, kənd əhalisinin sayı 73 min 60 nəfərdir.
    2016-cı ildə rayonumuzda 1 min 245 uşaq doğulub, 530 nəfər dünyasını dəyişib. Bir il ərzində rayon əhalisinin sayı 735 nəfər artıb. Bu artıma həm də kənarda yaşayan vətəndaşlarımızın rayona qayıtması təsir göstərib.
    Dövlət başçısı bildirib ki, əhalinin artması bizim qarşımıza yeni tələblər qoyur. Prezident deyib: “Yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar tikilməlidir, infrastruktur yaradılmalıdır və əlbəttə ki, ərzaq məsələləri həllini tapmalıdır.”
    Bu məsələlər Tərtər rayonunda da diqqət mərkəzində saxlanılır. Ötən il rayonumuzda müasir uşaq bağçası tikilib, məktəb binalarında əsaslı təmir işləri aparılır, yol infrastukturu, qaz, elektrik enerjisi ilə təminat məsələləri həll olunur.
    Cari ildə kəndlərimizdə, demək olar ki, müstəqillik dövrünün ən qaynar mövsümü yaşanır. Ölkə başçısının tapşırıqlarına, tövsiyələrinə əməli işləri ilə cavab verən tərtərlilər məhsuldarlığı artırmaq, elmi yenilikləri işlərinə gətirmək hesabına rekord göstəricilərə imza atırlar. Buna görə də təsadüfi deyil ki, cənab Prezident Nazirlər Kobinetinin yığıncağında ilin altı ayının yekunlarına həsr olunmuş məruzəsində Tərtər taxılçilarının da adını birincilər sırasında çəkib.
    Rayonumuzun pambıq və çuğundur, tərəvəz plantasi-yaları da bol məhsuldan xəbər verir.
    Bəli, insanlar həvəslə çalışırlar. Çünki ölkə başçısının qayğısına, dövlətn dəstəyinə arxalanırlar. Onlar əmindirlər ki, çəkdikləri zəhmət bəhrəsini verəcək.
    Rayonumuzda yeni körpələr dünyaya gəlir. Qəhrəman Tərtərin qəhrəman övladları. Onların sayı çoxaldıqca, ölkəmizin qüdrəti də artır. Çünki hər bir ölkənin ən böyük sərvəti onun vətəndaşlarıdır.

    Svetlana BİLALQIZI

    Müəllif: Redaktor, 13:00

    Teqlər:

İsmarıclar bağlıdır.