Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Okt

    11cdwrsSəlcuq imperatorluğunun tənəzzülə uğramasından sonra Səlcuqlar İran və İraq Səlcuq sultanlıqlarına parcalanır. Ayrı-ayrı vilayət hakimləri mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırır, öz ərazilərini müstəqil idarə etməyə başlayırlar. Feodal münasibətləri güclənir. Belə bir vaxtda Azərbaycan Eldənizlər dövlətinin yaranması prosesi baş verir (1136-1225).
    Rəvayətə görə bir tacir təsərrüfatında işlətmək üçün Dağıstanın qul bazarından 40 nökər alır. Qaydaya görə, 39-nun pulunu ödəyir, biri isə pay verilir. Bu balaca, cılız, çəlimsiz, çirkin uşaq Eldəniz olur. Dərbənddən İraqa aparılarkən yuxulu Eldəniz arabadan iki dəfə düşür. Ikinci dəfə düşəndə araba karvanı gedir və səhər ayılan bu çəlimsiz uşaq arabanın izilə günbatana yaxın karvana çatır. Karvan sahibi balaca Eldənizin bu fərasətindən heyrətlənir.
    Sarayda bütün nökərləri Səlcuq sultanının vəziri Sureyhəmı nəzərdən keçirmiş. Balaca Eldənizdən imtina edir. Eldənizin ağladığını görən vəzir rəhmə gəlib, onu da alır. Gözüaçıqlığı ilə ağasının diqqətini cəlb edən balaca Eldəniz tezliklə öz bacarığı, qorxmazlığı və igidliyi ilə şöhrət qazanır.
    Sultan II Toğrul (1132-1134) ona əmir titulu verir. Öz oğlu Arslan şahın atabəyi təyin edir. Sultan II Toğrulun ölümündən sonra Eldəniz onun dul arvadı Mömünəxatunla ev-lənir. Bundan sonra sarayda onun hökmdar olmaq şansı artır. 1136-cı ildə Şəmsəddin Eldəniz Aran hakimi kimi Bərdəyə gəlir. Bununla müstəqil Azərbaycan Eldənizlər dövlətinin özülü qoyulur.
    O, 1160-cı ildə böyük Atabəy titulu qazanır. Oğulluğu Arslan şahın (1161-1176) sultan elan edilməsinə nail olur. Böyük oğlu Məhəmməd Cahan Pəhləvan sultanın hacibi olur.
    Bütün bunlardan sonra İraq Səlcuq sultanlığı Eldənizlərdən asılı hala düşür. Bu sülalənin idarə etdiyi Azərbaycan torpaqları, yəni Azərbaycanın sahəsi Dərbənddən İran körfəzinə qədər olur. Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvan (1175-1186) paytaxtı Naxçıvandan Həmədana köçürdü.
    Məhəmməd Cahan Pəhləvandan sonra kiçik qardaşı Qızıl Arslan (1186-1191) hakimiyyətə gəldi.
    Atabəy Şəmsəddin Eldənizin dövründə ölkədə quruculuq və tikinti işləri aparıldı. Dövrün məşhur memarı Əcəmi Naxçıvani tərəfindən Darül Mülk, Cümə məscidləri, Mömünə Xatun türbəsi və s. kimi tarixi abidələrimiz inşa olundu.
    Atabəylərin hakimiyyəti dövründə Gəncə zəlzələsi baş verir, şəhər yerin təkinə çökür (1141). Göygöl də onda yaranır. 1141-ci ildə Azərbaycanın dahi Nizamisi dünyaya gəlir.
    Şəmsəddin Eldənizin övladları – Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Əbu-Bəkr və Özbək müxtəlif vaxtlarda Atabəylər dövlətinə başçılıq etməklə sülalənin hakimiyyətini davam etdirmişlər. 1225-ci ildə Xarəzmşah hökmdarı Cəlaləddinin yürüşü zamanı Eldənizlər dövləti süquta uğramışdır.
    Unudulmaz, ölməz tarixi romanlar müəllifi Məmməd Səid Ordubadı özünün “Qılınc və qələm” tarixi romanında o dövrü gözəl bədiiləşdirsə də, tarixin X-XIII əsrini elə tarix kimi qələmə alıb.
    Beləliklə XII–XIII əsrlərdə Azərbaycan xalqının və ərazisinin yağı düşmənlərdən qorunmasında Şəmsəddin Eldəniz və onun oğlanlarının əvəzsiz rolu danılmazdır.

    Nübar MƏDƏTLİ,
    1 yanvar–12 sentyabr
    2017-ci il

    Müəllif: Redaktor, 13:18

    Teqlər:

İsmarıclar bağlıdır.