Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Okt

    DSC_6900DSC_6876Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatı təhsil şöbəsi ilə birlikdə Yeni Azərbaycan Partiyası yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib.
    Tədbiri giriş sözü ilə açan təhsil işçiləri ərazi ilk partiya təşkilatının sədri İntiqam Nuruyev məruzə ilə çıxış edib.
    Sonra çıxışlar oldu. Kəngərli kənd tam orta məktəbinin direktoru İmran Məmmədov, Köçərli kənd tam orta məktəbinin müəllimi Qaragöz Heydərli, Söylən kənd tam orta məktəbinin direktor müavini Təbrizə Əhmədova, Əksipara kənd tam orta məktəbinin müəllimi Dilguşə Aslanova çıxış edərək, Yeni Azərbaycan Partiyasının fəaliyyəti haqqında fikirlərini söylədilər.
    Tədbirdə iştirak edən YAP Tərtər Rayon Təşkilatının sədri, Ramiz Şabanov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, bu sahədə Ulu Öndərin gərgin əməyindən, partiyanın sədri, Prezident İlham Əliyevin təşkilatın böyük bir siyasi qüvvəyə çevrilməsindəki rolundan ətraflı bəhs etdi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:20

    Teqlər:

İsmarıclar bağlıdır.