Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Okt

     

    Talıb Məmmədli

    IMG_0142ÖMRÜN FƏSİLLƏRİ
    Yaz kimi gəldik cahana,
    Tər çiçəklər ətri saçdıq.
    Pərvazlana-pərvazlana
    Şirin-şirin dillər açdıq,
    Noğullandıq, noğullandıq.

    Duyum verdi ömrün yayı,
    Duyduq əsil-soyumuzu.
    İgidlərin olduq tayı,
    Vətən sevdi boyumuzu,
    Oğullandıq, oğullandıq.

    Qayğılardan halı olduq,
    Payıza yetdi yaşımız.
    Övladlarla bara dolduq,
    Bardan əyildi başımız,
    Ağıllandıq, ağıllandıq.

    Oğul evləndi, qız köçdü,
    Uralandıq bostan kimi,
    Çatdıq qışa, ömür heçdi,
    Əfsanəvi dastan kimi
    Nağıllandıq, nağıllandıq

    YOLUM DÜŞDÜ

    Lütfün olsa da dadlı
    Rüzgarmışsan təzadlı.
    Döndün, uşaqlıq adlı
    Çiçəyim – gülüm düşdü.

    Atlar təzə kişnəmiş,
    Göydən alma düşməmiş,
    Nağıl kökəm bişməmiş
    Söndürdün, külüm düşdü.

    Ta ki, özümü qandım
    Gənclik oduyla yandım.
    İgid Babəki andım,
    Bədəndən qolum düşdü.

    Doyammadım o tamnan –
    Hikmət dolu butamnan.
    Dostlaşanda atamnan
    Araya ölüm düşdü.
    Arzu-dilək öldüsə,
    Ürək bomboş çöldüsə,
    Bölən necə böldüsə

    Payıma zülüm düşdü.
    Ləj oldun, dünya, mənnən,
    Çaşdırdın duman-çənnən.
    Günahkarammı sənnən
    Mənim də yolum düşdü?

     

     

     

    Yuxular
    Şirin arzularım aşıb-daşardı,
    Darıxardım arzulara çatmağa.
    Qəlbimdə tükənməz həvəs yaşardı,
    Tələsərdim gecələri yatmağa.

    Dincliyi əlimdən alardı həvəs,
    Bir dəm nə yorulub, nə də doyardım.
    Gecəni üzümə bağlanan qəfəs,
    Yuxunu ömrümə itki sayardım.

    Beləcə gün keçdi, illər ötüşdü,
    Saysız arzularım qönçədə qaldı.
    Cavanlıq ömrümdən aralı düşdü,
    Həvəsin yerini xəyallar aldı.

    İndi yuxulardı çatan köməyə,
    Yuxunu kölgə tək izləyirəm mən.
    Məni arzulara çatdırır deyə,
    Gecəni həsrətlə gözləyirəm mən.

    Müəllif: Redaktor, 12:02

    Teqlər:

İsmarıclar bağlıdır.