Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Okt

    qusDünyanı inkişaf etdirənlər də, onu məhv edənlər də insanlardır.
    Ailə yarandığı andan, dövlətlər yarandığı vaxtlardan onların başında duranlar zəkalı olanda, sülh yaranır. Rus-yapon müharibəsində də, ikinci dünya müharibəsində də belə olub.
    İstər Napoleon, istərsə də Hitler yer kürəsinə ağalıq iddiasındaydılar. Napoleon deyirdi ki, göy Allahındır, amma yer üzünün tanrısı mənəm. Hitler isə bütün yer kürəsinə hökmranlıq etmək istəyirdi.
    İki əsr ərzində erməni vəhşilərinin başımıza gətirdikləri qırğınlar, talanlar böyük Ermənistan yaratmaq iddiasından irəli gəlir. Hazırda yer kürəsində təbii fəlakətlərlə yanaşı, insanların özləri də kütləvi qırğınlar törədirlər. Suriyada 5 ildən çoxdur ki, qardaş qırğınları davam edir. Böyük dövlət başçıları sülh yaratmaqdansa, qarşıdurma siyasəti yeri-dirlər.
    Ermənistan vəhşiləri isə, nə qədər dərin, gen qazsalar da, özləri quyunun dibinə düşürlər. Bildiyim budur ki, ermənilərin indiki rəhbərliyi öz xalqını məhvə aparan bir faşistdir. Onun xislətində sülh, barışıq, qarşılıqlı anlaşma yoxdur. Hələ də böyük Ermənistan xülyasından əl çəkmir.
    Onun əksinə olaraq Azərbaycan Prezidenti İlham Əliyev çalışır ki, sülh yolu ilə torpaqlarımız geri qaytarılsın. Hazırda Azərbaycan xalqı ölkə rəhbərinin sayəsində əmin-amanlıq şəraitində yaşayır. Cənab İlham Əliyevin ağlının güçü sülhü qorumağa kömək edir. Onun sözləri sərrast və kəsərlidir.

    Nübar MƏDƏTLİ

    Müəllif: Redaktor, 13:30

    Teqlər:

İsmarıclar bağlıdır.