Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Okt

    TƏRTƏRLİ BEHBUD AĞA CAVANŞİR

    111111Stalinin: «bu bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?»–sualının cavabında Məhəmməd Əmin Rəsulzadə demişdi: «Çox şey verə bilmədik… Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da milli istiqlal dadızdırdıq».
    İnsan iki həqiqətə – təbiətə və tarixə xəyanət edə bilməz. Edərsə, böyük itkilər verər.
    1918-ci il mayın 28-dəıı 1920-ci il aprelin 27-nə qədər mövcud olan Azərbaycan Demokratik Respublikasının yada salınmaması üçün düz 70 il çalışdılar. Sonda isə həmin 70 ildə hegemonluq edən imperiyanın özü tarixin səhnəsindən düşürüldü və «Bir kərə yüksələn bayraq bir daha enməz!» amalı ilə yaşayan Azərbaycan xalqı yeni demokratik zəmində mübarizə meydanına atılıb mayın 28-nin Azərbaycan dövlətinin yaranması günü kimi elan olunmasını tələb etdi. Xalqın iradəsi qəbul olundu.
    Azərbaycan Xalq Cümhuriyyətinin yaradılıb fəaliyyət göstərməsində bir çox tarixi şəxsiyyətlərin böyük rolu olmuşdur. Türkiyə hərbi hissələrinin komandanı Nuru paşanın siyasi müşaviri Əhməd bəy Ağayevdən tutmuş xalqımızın digər tarixi şəxsiyyətlərinə qədər, o cümlədən Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski və o dövrün başqa məşhur ictimai-siyasi xadimləri Azərbaycan Demokratik Respublikasının qurulması və yaşaması üçün əllərindən gələni etmişlər.
    Bunlardan biri də həmyerlimiz, məşhur tarixi şəxsiyyət Behbud ağa Cavanşirdir.
    Tərtərli olub, lakin bu gün də Tərtərin özündə belə az tanınan Azərbaycan Cümhuriyyətinin ilk daxili işlər naziri Behbud ağa Cavanşir barədə biraz geniş məlumat verməyi lazım bilirik.
    Tərcümeyi-halında qeyd olunur ki, Behbud ağa Azad ağa oğlu Cavanşir 1886-cı ildə, bəzi mənbələrdə 1877-ci ildə Tərtər nahiyyəsinin Azad Qaraqoyunlu kəndində anadan olmuşdur.
    XV əsrin ikinci yarısında Qaraqoyunlu dövləti süqut edərkən onların bir hissəsi Tərtərin bu ərazisində məskunlaşdığına görə kənd Qaraqoyunlu adlandırılmış, sonralar isə bu adın əvvəlinə Azad ağanm adı əlavə edilmiş, kənd «Azad ağa Qaraqoyunlusu» kimi tanınmışdı.
    Azad ağa XIX əsrin ortalarında bu kənddə ağalıq etmişdir. Gördüyü xeyirxah işlər ona Qarabağda böyük nüfuz qazandırmışdır. Bu kənddə indiyədək qalmış tarixi abidələr də Azad ağanın adı ilə bağlıdır.
    Sovet rejimi dövründə kəndin adındakı «ağa» sözü silinmiş və Azadqaraqoyunlu kimi rəsmiləşdirilmişdir. Azad ağa Behbud ağa Cavanşirin atası olub.
    Azad ağanın tarixi abidələr siyahısına düşmüş evində hal-hazırda kənd xəstəxanası yerləşir.
    Kənddəki bugünkü məscidi Azad ağa, oğlu Behbud ağa Cavanşirin sözü ilə tikdirib. Bu bina XIX əsrin tarixi abidəsi kimi qorunub saxlanılır.
    Mövsüm Əliyev tərəfindən yazılan Behbud ağa Cavanşirin tərcümeyi-halında göstərilir ki, o, orta təhsilini Tiflis real məktəbində almış, ( o, burada Tiflis mağazalarının birində xidmətçi işləyənin oğlu Stepan Şaumyanla səkkiz il bir sinifdə oxuyub. T.Y.) sonra dünyada ilk ali-texniki məktəb olan Almaniyadakı Frayberq Dağ-Mədən Akademiyasını bitirmişdir. O, bu akademiyanın ilk azərbaycanlı məzunudur. Behbud ağa Cavanşir Almaniyadan İngiltərəyə gedərək təkmilləşdirmə kurslarında oxumuşdur. Qərbi Avropadakı həyatı onun bir siyasi və ictimai xadim kimi formalaşmasına təsir etmişdir. Behbud ağa Cavanşir alman, ingilis, fransız, rus, gürcü və erməni dillərini mükəmməl bilmişdir.
    1908-ci ildə Bakıda «Daşnaksütyun» partiyasını möhkəmləndirmək məqsədi güdən xəyanətkar Stepan Şaumyan pərdələnərək Behbud xanın sayəsində «Xalq Evinin» müdiri təyin olunur. Dubinski-Muxadzenin «Şaumyan» kitabında bu məsələlərə aydınlıq gətirilir. Orada bildirilir ki, realnı məktəbdə altı il birgə oxuyub, ürək sirlərini bir-birlərinə açan azərbaycanlı xanın oğlu Behbud Cavanşirin erməni Şaumyanın həyatındakı rolu böyük olsa da, Stepanla Behbud çox vaxt eyni yolla getməmişlər. Onları bir-birindən çox şey ayırırdı – ictimai vəziyyət, həyat idealları, siyasi baxışlar.
    1916-cı ildə Azərbaycana qayıdan Behbud ağa Cavanşir Şubayevlə Bakı neft müəssisələrində baş mühəndis vəzifəsində çalışmışdır. Doğma xalqının maariflənməsi uğrunda mübarizə aparan Behbud ağa Cavanşir tezliklə «Müsəlman xeyriyyə cəmiyyətinin» rəhbərliyinə seçilmişdir. Məşhur messenant Hacı Zeynalabdin Tağıyev kimi, Behbud ağa da Rusiyada və Avropada ali təhsil alan bir neçə azərbaycanlı gəncə öz vəsaiti hesabına təqaüd verirdi, anadilli mətbuata müəy-yən yardımlar göstərirdi. Onun fəaliyyəti çar xəfıyyələri tərəfindən ciddi izlənirdi. 1920-ci ildə Bakıda rusca çapdan çıxmış “Zaqafqaziyada rus siyasətinə dair sənədlər» kitabından (onun digər adı «Qara kıtab»dır) aydın olur ki, Behbudağa Cavanşir Əhmədbəy Ağayevin 1905-ci ildə gizli şəkildə yaratdığı «Difai» partiyasının Mərkəzi Komi-təsinə daxil idi. O, «Nicat» cə-miyyətinin və «Rus texniki cəmiyyəti»nin Bakı şöbəsinin üzvü seçilmişdir. Texniki cəmiyyətin elmi əsərlərində Behbud ağa Cavanşirin xeyli məqaləsi çap olunmuşdur.
    O, fevral-burjua inqilabından sonra yaranmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin tərkibinə seçildi.
    1907-ci il avqustun 28-də Cavanşir uyezdinin rəisinin Daxili İşlər Nazirliyinə yazdığı raportunda deyilir: «Xeyriyyə cəmiyyəti pərdəsi altında gizli fəaliyyət göstərən «Difai» antidövlət komitəsinin rəhbərləri Əhməd bəy Ağayev, Qarabəy Qarabəyov, Məmməd Həsən Hacınski, İsabəy Aşurbəyov, Behbud bəy Cavanşirski və Niftalı bəy Behbudovdur». Bu raport çarizm xəfiyyəsinin adları çəkilən ziyalıların vaxtaşırı Behbud bəyin Qarabağın Azad Qaraqoyunlu kəndindəki evində yığılmasından xəbərdar olduğunu göstərir.
    Behbud ağa bir çox işlər görmüşdü. Almaniyadan yumşaq buğda növləri gətirib əkdirmiş, Qarabağda yolları abadlaşdırmış və buraya ilk avtomobil gətirmişdir.
    1918-ci il martın 18-dən 22-dək Stepan Şaumyanın başçılığı altında bolşeviklər tərəfindən milli məsələnin qəsdən düzgün qoyulmaması nəticəsində meydana çıxan qırğında otuz minə yaxın azərbaycanlı həlak olmuşdu. Bu qırğının qabağını almağa çalışanlardan biri də Behbud ağa Cavanşir idi. O, barışıq komitəsinin üzvü idi.
    Behbud ağa Cavanşir 1918-ci il iyunun 17-də Gəncədə Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci hökumət kabinəsində daxili işlər naziri vəzifəsini tutmuşdur.
    Onun müavini general-mayor Sadıxbəy Ağabəyov idi. Onlar Bakıda, İçərişəhərdə polkovnik-leytenant Şükürbəy Yüzbaşinskinin rəisliyi altında polis məmurları (qorodovoy) məktəbinin açılmasına ciddi yardım göstərirdilər.
    1918-ci il oktyabrın 6-dan həmin ilin sonuna qədər Behbud ağa Cavanşir eyni zamanda ticarət və sənaye nazirliyini də idarə etmişdir. O, yerli sənayenin inki-şaf etdirilməsinə və Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələrinin yaradılmasına ciddi səy göstərmişdi.
    Behbud ağa Cavanşir Azərbaycan parlamentinə üzv seçilmişdi. Həmin ilin dekabrında Fətəli xan Xoyskinin kabinəsi istefaya çıxdığı üçün Behbud ağa Cavanşir tutduğu vəzifələri tərk etmişdir.
    1918-ci ildə xarici ölkələrlə ticarət əlaqələri yaratmaq üçün Behbud ağa Cavanşirin yaxından iştirakı ilə Bakıda «Dəyanət» şirkəti yaradılmışdır. 1918-1920-ci illərdə Bakıda təntənəli «Azərbaycan gecələri» konsertinin və bir çox cəmiyyətlərin təşkili onun adı ilə bağlıdır.
    1918-ci il aprelin 27-də baş verən hadisələrdən sonra Behbud ağa Cavanşir neft sənayesi sahəsində işləmişdir. Həmin ilin axırında Nəriman Nərimanov müasir neft-mədən avadanlığı almaq üçün onu Almaniyaya ezam etmişdir. Behbud ağa Cavanşir yolüstü İstambulda dayanaraq, o vaxt Malta adasında sürgündə olan həmyerlimiz Əhmədbəy Ağayevin evində yaşamışdı. Görünür o, bolşevik əsarəti altındakı vətənilə həmişəlik vidalaşmaq qərarına gəlmişdi. Çünki uzaq səfərə xanımı Tamara Cavanşir, qardaşları Surxay xan və Cəmşid xan ilə birlikdə çıxmışdı.
    1918-ci il iyul ayının 18-də gecə saat 23 radələrində «Perepalas» hotelinin yaxınlığında «Daş-naksütyun» partiyasının üzvü, erməni özünümüdafiə alayının döyüşçüsü və Ermənistan ordusunun keçmiş əsgəri Misak Torlakyan tərəfindən həmyerlimiz Behbud ağa Cavanşir güllə ilə qətlə yetirilmişdir.
    Azərbaycan Demokratik Respublikasının banilərindən bir çoxunun adı haqlı olaraq əbədiləşdirilmişdir. Bizim fikri-mizcə, həmyerlimiz, Azərbaycan xalqının azadlığı uğrunda daim mücadilə aparmış və bu müqəddəs yolda da öz canını qurban vermiş Behbud ağa Cavanşirin xatirəsinin əbədiləşdirilməsi bu mübariz incanın ruhu qarşısında alnıaçıqlığımız üçün bir şərt olardı.

    Tofiq YUSİF

    Müəllif: Redaktor, 13:42

    Teqlər:

İsmarıclar bağlıdır.