Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 02İyl

    DSC_5596   Tibb işçilərinin peşə bayramı münasibətilə rayon Gənclər Mərkəzində tədbir  keçirilib. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim  Məmmədov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib. Göstərib ki, Ulu  Öndər Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə hər il 17 iyun  ölkəmizdə tibb işçilərinin peşə bayramı kimi qeyd olunur.
    Ümummili Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursu layiqincə  davam  etdirən Prezident İlham Əliyevin sosial siyasəti nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır ki, bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına xidmət edir.
    Sonra rayon mərkəzi xəstəxanasının baş həkimi Yaşar Hüseynov məruzə edib. Bildirib ki, 2009-cu ildə Tərtər rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsi, 2012-ci ildə isə mərkəzi xəstəxananın əsas binası Səhiyyə Nazirliyinin xətti ilə əsaslı təmir olunub. Xəstəxana müasir tipli tibbi avadanlıqlarla tam təmin edilib.DSC_5603
    Baş həkim bildirib ki, möhərəm Prezidentimizin tapşırığına uyğun olaraq bi il fevralın 2-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsi tərəfimizdən uğurla yerinə yetirilib. 68.594 nəfər tibbi müayinədən keçirilib. Bunlardan 17.166 nəfəri uşaqlardır. 4.400 nəfərə ambulator, 79 nəfərə stasionar müalicə yazılıb. 27 nəfər müalicə üçün Bakı şəhərinə göndərilib.
    Tibb işçilərinin peşə bayramında rayon gigiyena və epidemiologiya mərkəzinin baş həkimi Musa Əliyev, Bəyimsarov kənd xəstəxanasının baş həkimi Mehriban Hüseynova, uşaq xəstəxanasının tibb işçisi Tünzalə Əzizbəyli və poliklinika şöbəsinin müdiri Gülarə Əhmədova çıxış ediblər.
    Bir qrup tibb işçisinə rayon İcra hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr verilib.

    Əvəz Nəsirov

    Müəllif: Redaktor, 13:31

    Teqlər:

İsmarıclar bağlıdır.