Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Noy

    Lotfi_Zadeh_Berkeley_cAzərbaycanlı alim, suni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru. O, bu ali təhsil muəssisəsinin ömürlük professoru secilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən cox istinad edilmişdir. Kaliforniyanın Berkli şəhərində “İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu” yaradılmışdır.
    Lutfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakıda, Rəhim Ələsgərzadə və Feyqa Moiseyevna Koremanın ailəsində dünyaya gəlib.
    Lutfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köcüb. Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Lakin 1932- ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara gorə Ələsgərzadələr ailəsi İrana geri qayıtmaq qərarına gəlir. Orta təhsilini tamamladıqdan sonra o, Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı isə 1944-cü ildən başlayır. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra o, Amerika Birləşmiş Ştatlarına gəlib və təhsilini Massacusets Texnologiya İnstitutunda davam etdirib. Həmin vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlib və ömrünün sonuna qədər də Berkli Universitetinin professoru olaraq qalıb.
    Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran isə qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili coxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis coxluq. Elmə qeyri-səlis ölcünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradır. Lütfi Zadənin qeyri-səlis məntiqini obrazlı şəkildə belə izah etmək olar: “Aristotel məntiqi” ilə mühakimə yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır, “Zadə məntiqi” isə dünyanı bütün calarları ilə qavramağa imkan verir. Lütfi Zadəyə görə, hər bir müddəanın doğruluq dərəcəsi doğru və ya yalan arasında (və ya sıfırla bir arasında) kəsilməz qiymətlər alır. “Zadə məntiqi”ndə real həyatı daha dürüst inikas etmək qabiliyyəti var, bu məntiqdə tolerantlıq daha çoxdur. Duz 20 il Ame-rika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanmışdır.
    Beləliklə, bu nəzəriyyə riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr acmışdır. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda öz tətbiqini tapmışdır. Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lutfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir: “təəssüratlar nəzəriyyəsi”, “sistemlər nəzəriyyəsi”, “sözlə işləyən kompyüter nəzəriyyəsi”, “optimal süzgəclər nəzəriyyəsi” və “soft kompyutinq”.
    Lutfi Zadənin elmdə “Z-cevirmə” kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sis-temlərinin yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir. Onun məşhur “Vəziyyətlər fəzası“, “Dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri” muasir idarəetmə elminin əsasını təşkil
    edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tətbiq edir.
    2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süniintellektə malik robot hazırlanıb. Alter adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib. Bu gun Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda”, Amerikanın “General Motors”,“General
    Electric”, “Motorola“, “Dupont”, “Kodak“ və başqa elektron sistemlər Lütfi Zadənin ideyaları əsasında çalışır.
    Dünya şöhrətli alim 6 sentyabr 2017-ci ildə Kaliforniyada 96 yaşında vəfat etmişdir. O, öz vəsiyyətinə uyğun olaraq 2017-ci il sentyabrın 29-da Bakıda dəfn olunmuşdur.

    Təqdim etdi:Rəşad QARAYEV,
    Qarağacı kənd tam orta məktəbinin tarix müəllimi

    Müəllif: Redaktor, 12:35

    Teqlər:

İsmarıclar bağlıdır.