Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Noy

    Изображение 687Son illər rayonumuzda quruculuq, abadlıq, yaşıllaşdırma işləri mütəmadi şəkildə davam etdirilir. Elə bu səbəbdən də Tərtərimizin siması daim dəyişir, gözəlləşir.
    Bunu həm yerli sakinlər, həm də rayonumuza gələn qonaqlar səmimiyyətlə dilə gətirirlər.
    Ölkə Prezidenti İlham Əliyevin Tərtər haqqında söylədiyi fikirlər insanda böyük ruh yüksəkliyi yaradır: “Tərtər şəhəri abadlaşıb, gözəlləşib. Mən 10 il bundan əvvəl Prezident kimi birinci dəfə Tərtər rayonunda olmuşam, bu yerdə vətəndaşlarla görüşmüşəm. O vaxt Tərtərin siması tam başqa idi. Bu gün Tərtər müasir, abad şəhərdir. Rayon inkişaf edir, vətəndaşlar daha da yaxşı yaşayırlar”.
    Bəli, Tərtəri gözəlləşdirən burada inşa olunan yeni binalarla yanaşı həm də salınan yaşıllıqlardır.
    Tərtər Komunnal Təsərrüfatı İdarəsinin rəis əvəzi Saleh Qəhrəmanov və yaşıllaşdırma sahəsinin rəisi Raiz Səmədov bildirdilər ki, son illər rayonumuzda yaşıllaşdırma işlərini mütəmadi olaraq etdiririk. Belə ki, təkcə bu ilin 9 ayı ərzində rayonda ekoloji tarazlığı qorumaq məqsədi ilə həm şəhərimizin küçələrində, park və meydanlarında, həm də Bərdə, Ağdam, Gəncə istiqamətlərində yol kənarlarına 26 min ədəddən çox müxtəlif ağaclar, 6 min gül kolları və bir milyon ədəd həmişəyaşıl kolları (lüqüstr) əkilmişdir.
    Daha sonra dedilər ki, cari ilin ötən 9 ayı ərzində Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsi tərəfindən ərazidən 18 min 161 kubmetr məişət tullantıları daşınıb kənarda zərərsizləşdirilmişdir. Bütün bunlar şəhərimizin təmizliyi və gözəlliyi üçündür. Bu işlər daim davam etdiriləcək.

    Əvəz NƏSİROV

    Müəllif: Redaktor, 12:46

    Teqlər:

İsmarıclar bağlıdır.