Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Noy

    669Xalqımızın özünəməxsus adət-ənənələri, qanunları var. Bunlar nəsillər tərəfindən qorunub saxlandığı kimi, qanunlarımızın da həyata keçirilməsində dövlət orqanları öz səlahiyyətlərindən səmərəli istifadə etməyə çalışırlar. Belə dövlət orqanlarından biri rayon qeydiyyat şöbəsidir. Doğum tarixi, ad, soyad, valideynlik hüququ, ailə nikah, sağlam ailə hüquqları və nəhayətdə ölümün sənədləşməsi prosesləri əsasən qeydiyyat şöbələrində aparılır. Redaksiyanın iş planındakı mövzuyla bağlı rayon qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən Elşən Quliyevdən və aparıcı mütəxəssis Ayna Niftalıyevadan bəzi məlumatlar aldım.
    Bildirdilər ki, 2017-ci ilin doqquz ayı ərzində şəhərdə və kəndlərimizdə birlikdə 152 nikah qeydə alınmış, 461 nəfər uşaq doğulmuşdur. Əlbəttə, 152 nikah yeni xoşbəxt ailənin təməlindən xəbər verir, 461 nəfər uşağın doğulması ailələrdəki sevincin, isti hərarətin, məhəbbətin artdığını göstərir. Bəzi ailələrimiz var ki, övlad arzusu ilə yaşayırlar. Belə ailələr müxtəlif tibb ocaqlarına üz tuturlar. Nəticə alınmayanda isə hansısa uşaq evindən və ya qohum-əqrabadan övladlığa uşaq götürülür. Bu proses də qeydiyyat şöbəsində qeydə alınır və oradan bildirildi ki, bu il rayonumuzda iki nəfər övladlığa verilib.
    Bəzən isə daha fərqli vəziyyət yaranır. Gənclərimiz xarici ölkə vətəndaşları ilə ailə qururlar. Bu zaman yaranmış sosial-iqtisadi dəyişiklik demoqrafik inkişafa ciddi təsir göstərir. Uşaqların hər bir halda qeydiyyata alınması valideynlərin üzərinə düşür.
    Hazırkı zamanda ağrılı yerlərimizdən biri boşanmalardır. Məlumdur ki, boşanmalar gündən-günə artır. Gəlin yaxın keçmişimizə nəzər salaq: Ata-babalarımız qanunlarımıza, milli adət-ənənələrimizə sadiq qalaraq, ailəni qoruyub saxlamağa çalışıblar, hətta müəyyən mənada xasiyyətləri tutmasa belə. Lakin müasir həyatda bəzi cavanlarımız ailə qurduqdan bir müddət sonra, guya burada qazanc yeri olmadığı üçün xarici ölkələrə üz tuturlar. Gəlin də qalır ya öz doğmalarının, yaxud da oğlanın valideynlərinin himayəsində. Bir xeyli vaxtdan sonra söhbətlər alınmır, yenicə qurulmuş ailənin təməli bərkimək əvəzinə dağılır. Belə vaxtlarda boşanmanın səbəbini “xasiyyətimiz tutmur” deyə, yozurlar. Bütün günü belə evlərdə dava-dalaş hökm sürür. Bəzən gəlinlər özlərini hansısa bir imkanlı “bəyin” həyat yol-daşı ilə müqayisə edərək əcnəbi şəhərlərdə gəzməyin, dəbdəbəli geyməyin davasını döyürlər. Bəzən isə ya ər, ya da arvad öz həyat yoldaşlarını başqalarına qısqanmaqla evdə zidiyyətin yaranmasına səbəb olurlar.
    Boşanmalar barədə qeydiyyat şöbəsindən bildirdilər ki, bu ilin əvvəlindən indiyədək 88 ailədə boşanma halı qeydə alınıb. Bu hal, əlbəttə, acınacaqlı bir haldır. Vaxtında ailənin qədrini bilib, onu qorumaq lazımdır, yoxsa sonra hər şey çox gec olur. İnanıram ki, məhz qeydiyyat şöbələrində boşanmaların sayının azalması üçün müəyyən tədbirlər görülür və görüləcək.
    Qeydiyyat şöbəsində ölüm hallarının da uçotu aparılır. Bu il indiyədək 409 ölüm hadisəsi qeydə alınıb.
    Günümüzün həyati reallıqlarını qeydə alan bu şöbənin əməkdaşlarına uğurlar arzulayırıq.

    Elfuzə CAMALQIZI

    Müəllif: Redaktor, 10:36

    Teqlər:

İsmarıclar bağlıdır.