Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy

    SAĞLAMLIQ HƏR ŞEY DEYİL, SAĞLAMLIĞI İTİRMƏK İSƏ HƏR ŞEYİ İTİRMƏK DEMƏKDİR

    qics-foto-son-380x250Hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. (“İİV” infeksiyası) QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Dünyada təxminən 40 milyona yaxın insan İİV daşıyıcısıdır. Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bəladır.
    1988-ci ildə əhalinin immun çatışmazlığı ilə əlaqədar keçirilmiş dünya ölkələrinin Səhiyyə Nazirlərinin Sammitindən sonra BMT-in dəstəyi ilə hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü elan edildi. Bununla dünyanın hər yerində əhalinin diqqəti bu problemə yönəldilir, insanlar maarifləndirilir.
    Azərbaycanda da problem ak-tual olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir. QİÇS-lə mübarizə istiqamətində beynəlxalq təcrübədən istifadə edən Azərbaycan İİV-lə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır və burada epidemiya əsasən infeksion narkotik istifadəçiləri arasında yayılıb. Azərbaycanda ilk dəfə 1987-ci ildə virus daşıyıcısı aşkarlanıb.
    BMT-nin İİV/QİÇS proqramının yeni hesabatında bildirilir ki, 2016-cı ilin sonunda dünyada İİV-lə yaşayan insanların sayı 36,7 milyon təşkil edib ki, onlardan 2,1 milyonu son bir ildə yoluxanlardır. İİV-lə yaşayan insanların 34,9 milyonu yaşlılar, 1,8 milyonu 15 yaşından kiçik olan şəxslərdir. Antivirus terapiya qəbul edənlərin sayı 18,2 milyon nəfər olub ki, onlardan 910 mini uşaqlardır.
    Qazanılmış İmmun Çatışmazlığı Sindromu olan xəstəlik insanların İİV-ə yoluxması ilə başlayır. Nəticədə insanın immun müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar.
    Dünyada aparılan epidemioloji tədqiqatlar İİV infeksiyasının üç ötürülmə yolunu aşkar etdi: cinsi, qan vasitəsilə (donor, tibbi müdaxilə və s.) və anadan körpəyə.
    İİV və QİÇS adətən qorxu və narahatlıq doğurur. İnsanlar adi məişət kontaktı zamanı İİV-ə yoluxmadan qorxurlar, əslində bu, əsassızdır. Yoluxmuş insanlarla adi kontakt tamamilə təhlükəsizdir.
    İİV infeksiyasının müalicəsi üçün antivirus dərmanlarından istifadə olunur. Onlar virusu tam yox etmir, lakin onun çoxalmasının qarşısını alır, İİV və QİÇS-lə yaşayan insanların həyatlarının bir neçə onilliklərlə uzadılmasına imkan yaradır, onların yüksək həyat keyfiyyətini, əmək qabiliyyətlini və öz ailələrinin qayğısına qalmaq imkanını qoruyub saxlayır.
    Bu gün bütün insanları bu virus haqqında məlumatlandırmağa, bununla da həyatlarını, ən başlıcası sağlamlıqlarını qorumağa çağırırıq. Unutmayaq ki, sağlamlıq hər şey deyil, sağlamlığı itirmək hər şeyi itirmək deməkdir.

    İradə HÜSEYNOVA,
    Tərtər MRX-nın İnfeksion şöbəsinin müdiri

    Müəllif: Redaktor, 11:03

    Teqlər:

İsmarıclar bağlıdır.