Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 02İyl

    erken Azərbaycan xalqının ən böyük sərvətlərindən biri onun dünyada analoqu  olmayan ailə modelinə sahib olmasıdır. Dünyanın heç bir yerində bizdəki kimi ailə  münasibətləri istər valideyn-övlad, istərsə də ər-arvad münasibətləri yoxdur.
    Ailə kiçik dövlətdir. Azərbaycanda qədim dövrlərdən bu günə qədər bu kiçik  dövlətdə münasibətlər qarşılıqlı hörmət əsasında qurulmuş, böyüyə-kiçiyə  məhəbbət və ehtiram göstərilmişdir. Lakin təəssüf ki, hər sahədə olduğu kimi, bu  gün müasirlik, qloballaşma, dünyaya inteqrasiya ailə münasibətlərindən də yan  keçməmişdir.
    Bu münasibətlərə mənfi təsir göstərən bir çox amillərin sırasında erkən nigahlar xüsusi yer tutur. Bu barədə çox danı-şılıb, çox yazılsa da, hələ də onlara qarşı mübarizə tədbirləri lazımi səviyyədə deyil.
    Bir-iki il əvvəl rayonumuzdakı kənd məktəblərinin birində oxuyan şagird qızın təm-təraqlı nişan mərasimi keçirilirdi. Mərasimdə qızın sinif yoldaşları da iştirak edirdilər. Məktəbdə son zəng çalınanda, o şagird artıq ailəli idi.
    Lakin nə valideynlərin, nə də gənclərin öz-lərinin sevinci uzun çəkmədi. Övlad dünyaya gələn kimi hamı anladı ki, bünövrəsi olmayan bu yeni ocağın sakinləri valideynlik qayğılarını çiyinlərində çəkmək iqtidarında deyillər və bunu heç istəmirlər də. Belə olan halda, bir neçə insanın taleyini şikəst etməyə dəyərdimi? Ən yaxşı halda, dünyaya gələn körpəni baba-nənə tərbiyə edəcəkdir. Amma yenə də o, bütöv bir ailənin üzvü olmayacaq, ata-ana, bacı-qardaş yanında böyüməyəcək.
    Erkən nigahların günahkarı kimdir? Yəqin ki, burada ən çox məsuliyyət düşünülməmiş, yaxud da əksinə, nəinsə xatirinə bu addımı atan valideynlərin üzərinə düşür. Amma belə məsələlərə biganə baxan, seyirci mövqeyində dayanan məktəb kollektivlərinin, ictimaiyyətin də günahı az deyil.
    Keçmişdə də bizim gözəl, çoxuşaqlı ailələr olub, bu gün də belə ailələr az deyil.Təəssüf ki, bunlarla yanaşı boşananların sayı da artır. Belə hallarda sonradan günahkar axtarmaq lazım deyil. Sadəcə, ailə qurmağa qərar verməmişdən əvvəl düşünmək lazımdır.
                                                                                                                                                                           Svetlana Bağırova

    Müəllif: Redaktor, 14:07

    Teqlər:

İsmarıclar bağlıdır.