Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy

    BU GÜN DƏ DÖYÜŞ RUHUNDADIR

    новый-2Cabbarov Əfqan Cabbar oğlu Qarabağ müharibəsi veteranıdır. O, 1955-ci ildə o zamankı “Bakı fəhləsi” kolxozunun Qaradağlı kəndində anadan olub. Gəncliyi Qarabağ savaşının qızğın dövrünə təsadüf edib. Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil alırdı. 1992-ci ildə həmin texnikumun iqtisadiyyat fakültəsini bitirdi. Sumqayıt şəhərindəki “TES-2” zavodunda operator vəzifəsində çalışdı. Bir müddətdən sonra hərbi xidmətə yollandı və Belorusiyada 2 il əsgəri xidmət çəkib doğma Tərtərə qayıtdı. Yaşadığı kənddə təsərrüfat işləri ilə məşğul oldu, maşınla pambıq yığdı.
    Bu söylədiklərimi Əfqan Cabbarov danışıb. Özü haqqında məlumatları verdikdən sonra Qarabağ uğrunda gedən döyüşlərdəki xidmətindən söz açmasını xahiş etdim. O dedi:
    –Nə danışım, 90-cı illərin əvvəllərində güclü ordumuz yox idi, ölkədə hərc-mərclik hökm sürürdü. Nə qədər igid oğullarımız şəhid oldu, itkin düşdü, əlil oldu. Üstəlik torpaqlarımızın yad əllərə keçməsi adamı sarsıdır. Tərtərdə rəhmətlik Elman Hüseynovun təşəbbüsü ilə batalyon yaradılanda yazılanların hamısı subay oğlanlar idi. Ilk ailəli yazılanlardan biri də mən olmuşdum. Bölmə komandiri idim. Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Döyüşlər zamanı biz əldə etdiyimiz ov tüfəngləri ilə, əldə düzəltmə silahlarla müdafiədə dayanırdıq. O vaxtdan illər keçib. Övladlarım böyüyüb, üçü ailəlidir, bir oğlum subaydır, nəvələrim var.
    Özüm isə Bakı şəhərində Neft Daşlarında işləyirəm. On beş gün dənizdə oluram, on beş gün evdə. Sizi inandırıram ki, bu gün də döyüş ruhundayam. Lazım gələrsə torpaqlarımızın geri qaytarılması üçün mübarizəyə qoşulmağa hazıram. Əsir torpaqlar bizimdir, onun qaytarılması da bizim ümdə borcumuzdur.

    Elfuzə CAMALQIZI

    Müəllif: Redaktor, 12:27

    Teqlər:

İsmarıclar bağlıdır.