Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy

    DSC_5509 (Копировать)Ələsdan kişinin ailəsi Göyçə mahalının Basarkeçər rayonunun Qaraqoyunlu kəndindən Tərtərin Bəyimsarov kəndinə gələndə oğlu Novruzun 13 yaşı vardı.
    Novruzgil ailədə 8 uşaq olublar. 4 oğlan, 4 qız. Erməni vandallarının torpaqlarımızı işğal etdiyini görən Novruz da 1993-cü ilin sonlarına yaxın müharibəyə qatıldı. Füzuli rayonunun Böyük Bəhmənli kəndi istiqamətində gedən döyüşlərin birində 1994-cü ildə, atəşkəs rejiminə az qalmış şəhidlik zirvəsinə ucaldı. O vaxt Novruzun cəmi 19 yaşı vardı.
    Bu yaxınlarda Bəyimsarov kəndində olarkən şəhidin anası ilə görüşüb söhbət etdik. Oğlunun böyüyün-kiçiyin yerini bilməsindən, qoçaq, qorxmaz bir cavan olmasından nisgillə danışdı. Onu da dedi ki, ailədə Novruzu hamımız çox istəyirdik. Elə atası Ələsdan kişi də Novruz həsrəti ilə dünyasını dəyişdi.
    Söhbət zamanı kənd bələdiyyəsinin sədri Aqil Şərifov da bu ailənin bütün üzvlərinin insani keyfiyyətlərindən, torpağa bağlılıqlarından, daim Göyçə həsrəti ilə yaşadıqlarından danışdı.
    Onu da öyrəndik ki, Novruz Bəyimsarov kəndinin 15 şəhidindən biridir. Bəyimsarov kənd ümumi orta məktəbi şəhid Novruz Nəcəfovun adını daşıyır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.!

    Mirzə NƏSİR

    Müəllif: Redaktor, 12:30

    Teqlər:

İsmarıclar bağlıdır.