Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy

    a0d06227c35092e5d6b6c9d53c367e38Müstəqil Azərbaycan dövlətinin bütün uğurlarında Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının misilsiz xidmətləri var. Azərbaycanı xaos və anarxiya-dan xisal edərək davamlı sabitlik, tərəqqi və iqtisadi yüksəliş yoluna çıxaran bu partiyanın 25 illik yubileyi ölkəmizin hər bir güşəsində olduğu kimi, Tərtər rayonunda da bu günlərdə təntənəli şəkildə qeyd olundu.
    Yeni Azərbaycan Partiyası xalqımızın ən ağır və faciəli günlərində–Azərbaycanın ölümlə üz-üzə dayandığı, respublikamızın dünya xəritəsindən silinməsi təhlükəsinin olduğu bir zamanda yaranmış və vətənimizin gələcək taleyini müəyyən etmişdir.
    Azərbaycanda vətəndaş mənafeyinin və dövlətçilik maraqlarının təminatçısı olmaq kimi çətin və şərəfli missiyanı üzərinə götürən və ötən 25 il ərzində onun öhdəsindən layiqincə gələn YAP-ın yaranması tarixi qanunauyğunluq, zamanı doğurduğu obyektiv zərurət idi.
    Fəaliyyətinin əsasını müstəqillik, inkişaf, azərbaycançılıq, iqtisadi və sosial islahatlar təşkil edən YAP Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizin bütün istiqamətlər üzrə inkişaf yoluna çıxmasını təmin etmişdir.
    Hazırda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf konsepsiyası Prezident İlham Əliyev tərəfindən uğurla və sürətlə davam etdirilir. Son 25 il ərzində möhtəşəm siyasi uğurlara imza atılmışdır. Yeni Azərbaycan Partiyasının hər bir üzvü təmsil olunduqları partiyanın bu inkişafdakı rolu ilə fəxr edir.
    YAP-ın digər rayon təşkilatları kimi, Tərtər Rayon Təşkilatı da rayonumuzun sosial-iqtisadi inkişafının təmin olunmasında və mədəni həyatında ön cərgədədir.
    Bu gün YAP Tərtər Rayon Təşkilatı öz sıralarında 6107 nəfər partiya üzvünü birləşdirir ki, onlardan 3251 nəfəri qadın, 1444 nəfəri isə gənclərdir. Rayon təşkilatı, ərazi ilk partiya təşkilatları daim rayonumuzun ictimai-siyasi həyatında fəallıq göstərirlər.
    Ötən il Tərtər Rayon Təşkilatının qərargahı müasir tələblərə cavab verən, hər cür şəraiti olan yeni binaya köçmüşdür. Həmin binanın açılışında Prezident, partiyamızın sədri İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak edərək öz xeyir-dualarını vermişlər
    Yeni Azərbaycan Partiyası bundan sonra daha da inkişaf edəcək və Prezident İlham Əliyevin rəhbərliyi altında, Ümummilli Lider Heydər Əliyevin ideyalarını rəhbər tutaraq doğma Azərbaycanımızın daha da çiçəklənməsinə yeni-yeni töhfələr verəcək.

    Ramiz ŞABANOV,
    YAP Tərtər Rayon
    Təşkilatının sədri

    Müəllif: Redaktor, 15:00

    Teqlər:

İsmarıclar bağlıdır.