Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Dek

    Dünya üzərində hər gün kimlərsə ölür. Ölüm hadisələri bir-birindən fərqlənir. Bəzən hansısa xəstəliyə görə, bəzən qəza nəticəsində, bəzən intihar, bəzən də qətl hadisəsi ucbatından ölüm halları baş verir. Bu gün biz sizə dünya üzərində olan ən qəribə ölüm hadisələrindən xəbər verəcəyik. Hansı ki, siz bu ölüm hadisələrini oxuyarkən inanmayacaqsınız, güləcəksiniz və sizin üçün çox maraqlı olacaq. 1. Hans SteiningerAvstriyalı Hans Steininger dünyanın ən uzun saqqalına sahib insanı kimi məşhur olmuşdu. Lakin onu məşhur edən bu saqqalı eyni zamanda ölümünə də səbəb oldu. 1567-ci ildə bir gün Hansın qəsəbəsində böyük bir yanğın çıxdı.
    Hans saqqalını toplamağı unudub, yanğından qaçmaq istəyərkən saqqalı ayaqlarına dolaşır və o, yıxılaraq burnunu sındırır.
    Buna görə də alovlar içində qalaraq dünyasını dəyişir.

    0010020032. Adolf Frederik
    1771-ci ildə 61 yaşında olarkən süfrədəki ətlərdən, xərçənglərdən, şorbalardan, hisə verilmiş balıqlardan, şampan və ən sevdiyi şirniyyatlardan həddindən çox yediyi üçün oradaca ölüb.

    3. Li Po Çinli şair Li Ponun Çin ədəbiyyatı tarixində iki böyük şeiri yer alır. Lakin Li Po həmişə sərxoş olaraq gəzərdi. Bir axşam “Yantszı” çayında botu ilə gedərkən suya əks olunan Ayla qucaqlaşmaq istədi və boğularaq öldü.

    4. Klement Vallandheym

    1871-ci ildə məhkəmədə müvəkkilini müdafiə etdiyi zaman jüriyə tapançanın istiqamətini göstərmək istəyərkən qəza ilə özünü vurdu.
    Nəzəriyyəsi doğru idi və müvəkkili günahsız idi, amma bunu isbat etmək üçün etdiyi nümayişdə həyatını itirdi.

    5. Allan Pinkerton Məşhur “Pinkerton” detektiv agentliyini yaradan adam idi. Cinayət təhlil texnikaları mövzusunda çox əhəmiyyətli işləri vardı. Belə bir araşdırma əsnasında vücuduna düşən infeksiya üzündən yolla gedərkən öldü.

    6. Jak DanielMəşhur viski dequstatoru Jack Daniel 1911-ci ildə bir səhər iş yerinə tez gedib. Kassasını açmaq istəyib, lakin şifrəni xatırlamayıb. Buna görə əsəbiləşib və ayağı ilə kassaya təpik vurub. Zərbədən ayaq barmağı yaralanıb. Bir müddət sonra həmin yaradan qanına infeksiya keçib və ölüb.

    7. Bobbi Liç Ölümdən qorxmayan bir adam idi. 1911-ci ildə Niaqara Şəlalələrindən oksigen balonu ilə tullanmışdı və bu nümayişi dəfələrlə təkrarlamışdı. Lakin bu qədər cəsur olmasına baxmayaraq ölümü çox ironik oldu. Bir gün küçədə gedərkən meyvə dükanından bir portağal alıb. Portağalı soyarkən bıçağı əlindən düşərək ayağını yaralayıb. Bir müddət sonra həmin yaradan qanına infeksiya keçib və ölüb.

    8. Franz Reyçelt 1911-ci ildə fransız dərzi Franz Reichelt öz kəşfini test etmək qərarına gəlib. Özünün hazırladığı paraşütlə “Eyfel” qülləsindən yerə atılır. Əslində çox sürpriz bir ölüm olmayıb. Şahidlərin dediklərinə görə, yerə düşərkən son sözü bu olub: “Deyəsən nəyisə düz etməmişəm”.

    9. İsadora DunkanMüasir rəqsin yaradıcısı sayılan İsadora Duncan 1927-ci ildə şərf üzündən öldü. O, şərf taxmağı çox sevib. “New York Times” qəzetində yazılan bir yazıda onun ölümü belə təsvir olunurdu.
    1927-ci ildə çox sürətli bir avtomobillə gedərkən güclü bir ipəkdən hazırlanan şərfi külək üzündən sükana dolaşıb. Qorxunc bir güclə boğazını sıxan şərfi heç cürə açmaq mümkün olmayıb.
    Avtomobil dayandıqdan sonra həkimlər nə qədər səy göstərsələr də faydası olmayıb. O, boğularaq ölüb.

    Müəllif: Redaktor, 11:28

    Teqlər:

İsmarıclar bağlıdır.