Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 02İyl

    IMG_20150527_153236İsmayıllı rayonunda kikboksinq idman növü üzrə XXI Azərbaycan çempionatı keçirilib.
    Gənclər və yeniyetmələr arasında təşkil olunan bu yarışda Azərbaycanın bütün bölgələrindən 300-dən çox idmançı iştirak edib. Adıçəkilən yarışda Tərtərin kikboksinq klubu 10 idmançı ilə təmsil olunub. Bu barədə bi-zə məlumat verən məşqçi müəllim, kikboksinq üzrə idman ustası Əhməd İsmayılov bildirdi ki, həmin on idman-çıdan 3-ü birinci yeri tutub. Ağabəy Vəlizadə 60 kq, İsmayıl Həsənov 67 kq, Süleyman Mehdiyev isə 86 kq çəki dərəcəsində mübarizə aparıblar. İdmançılardan Nurlan Nəcəfli 42 kq və Elnur İlqaroglu 75 kq çəki dərəcəsində ikinci yeri tutublar.
    Elnurun kiçik qardaşı Fərid İlqaroglu (13 yaşlı) könüllü olaraq özündən böyük 15-16 yaşlılarla mübarizə aparıb, digər idmançı Toğrul Əliyev 48 kq çəki dərəcəsində döyüşüb, hər iki idmançı üçüncü yerə layiq görülüb.
    Beləliklə, respublika çempionatına qatılan 10 idmançıdan 7-si medalla qayıdıb.
    Tərtər kikboksinq klubunun üzvləri 2014-cü ildə respublika yarışından 6 medalla, bu il isə 12 medalla qayıdıblar.
    Ümumiyyətlə, klubun üzvləri 3 medalı “Maytay” üzrə Azərbaycan çempionatından, 2 medalı uşaqlar arasında keçirilən respublika çempionatından, 7 medalı isə gənclər və yeniyetmələr arasında keçirilən yarışdan əldə ediblər.
    Beləliklə, 7 nəfər Tərtər idmançısı avqust ayında İspaniyada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

    Əvəz Abdullaoğlu

    Müəllif: Redaktor, 14:24

    Teqlər:

İsmarıclar bağlıdır.