Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Dek

    İKİ DOST

    1111İki nəfər möhkəm dost idi. Vaxt ötür, bunlardan biri yüksək vəzifə sahibi olur. Vəzifəyə çatandan sonra heç kəsi saymır, görməməzliyə vurur. O biri dost onun qəbuluna gəlir. Xəbər göndərir ki, dostunu qəbul etsin. Vəzifə sahibi deyir:
    – Sən kimsən, nə üçün gəlmisən və nə istəyirsən?
    Qəbula gələn dost cavab verir:
    – Ey dost, deyirlər ki, sənin gözlərin kor, qulaqların da kar olub. Heç kəsi eşitmirsən. Gəldim ki, sənə təsəlli verim.

    AĞILLI QONAQ

    Bir tacir başqa bir şəhərə iş dalınca gedir. Eşidir ki, burada bir səxavətli ev sahibi vardır. Gecələmək üçün yad adamlara evində yer verir. Tacir yoxsul paltarı geyərək onlara gedir. Ev sahibi onun üst-başına baxır, içəri dəvət etmir, yeri olmadığını söyləyir. Tacir pərt olub geri qayıdır. Bir neçə gündən sonra yaxşı və bahalı paltarını geyinib yenə həmin evə gedir. Ev sahibi onu çox hörmətlə qarşılayır, süfrəyə dəvət edir, ləziz yeməklər gətirir. Tacir yemək zamanı xörəyi köynəyinin yaxasına doldurur. Ev sahibi soruşur:
    –Niyə belə edirsən?
    Tacir deyir:
    – Bir neçə gün əvvəl mən yoxsul paltarında gəlmişdim. Heç içəri dəvət etmədin. Görünür bu hörmətlər mənə görə yox, paltarıma görə imiş.

    Səhifənin materiallarını təqdim etdi:
    professor Rasim AXUNDOV

    Müəllif: Redaktor, 10:35

    Teqlər:

İsmarıclar bağlıdır.