Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Dek

    14708135702929829483_1000x669İnsanların şəhər mühitində yaşanan gərginliklərini və iş mühitinin streslərini aradan qaldırmaq üçün yollardan biri kənd turizmidir. Bu növ xiddmətdən istifadə edənlər öncə kənd mühitində yerli əhalinin evlərində və ya kənd tipli yaşayış məskənlərində yerləşdirmə obyekti (gecələmə) ilə təmin olunurlar.
    Kənddə olan turistlər qidalanmada kənd təsərrüfatı məhsullarından istifadə edirlər. Burda kənd əhalisi əlavə evi varsa, icarəyə verərək əlavə gəlir qazanır, həm-çinin kənd təsərrüfatı ilə məşğul olan əhali məhsul-ları turistə satmaqla gəlir əldə edir.
    Turistlər həmçinin kənd təsərrüfatı işləri ilə əyani tanışlığı sevirlər. Bu da onların zövqünə uyğun olarsa, təmin etmək lazımdır. Həmçinin əyləncə və mənəvi zövq üçün kənd folkloru ilə turistləri tanış etmək olar. Kəndlərin yerləşdiyi əraziyə uyğun olaraq özü-nəməxsus mətbəxi olur və turistləri bu mətbəxlə tanış edərək əlavə gəlir götürmək mümkündür. Bunun üçün əvvəlcədən kənd əhalisi maarifləndirilməlidir.
    Azərbaycanda Quba(Xınalıq), İsmayıllı (İvanovka, Lahıc) , Şəki, Lerik, Yardımlı, Naxçıvan və digər ərazilərdə kənd turizminin inkişafı üçün geniş potensial vardır. Bizim Tərtər rayonu 43 km məsafədə düşmənlə təmas xətti boyunca yerləşir. Buna baxmayaraq, burada da turistlərin diqqətini cəlb edən maraqlı yerlər çoxdur.
    Qubada alma festivalı, Balakəndə xurma festivalı, Göyçayda nar festivalı və bu kimi tədbirlər kənd turizminin inkişafında rol oynayır. Çünki burada kənd təsərrüfatı məhsullarının nümayişi həyata keçirilir.
    Kənd ərazilərinin landşaft, klimatoloji, balneoloji, tarixi-mədəni və digər amilləri insanların fiziki və mənəvi bərpasına təsir edən əvəzolunmaz qüvvələrdir. Ölkəmizin iri sənaye mərkəzlərindən və xaricdən gələn insanlarda adi kənd evində yaşayıb istirahət etmək arzusu böyükdür. Turistlər kənd həyatını dadmaqla yanaşı, müvafiq səviyyədə xidmətin olmasını da istəyirlər: Bizim kənd evlərində isə əksər hallarda bu cür şərait olmur. Doğrudur, turistlərin istəyinə uy-ğun şəraitin yaradılması, onlara müvafiq xidmətin göstərilməsi müəyyən maddi xərclər tələb edir. Lakin bu xərclər artıqlaması ilə ev sahibinə qayıda bilər. Kənd evinin sahibi turistlərə hər cür rahatlığı olan ev və yemək təqdim etməklə bərabər, onlara bələdçilik, tərcüməçilik, nəqliyyat xidməti göstərmək, ev heyvanları və quşları bəsləmək üçün qısa müddətli imkan yaratmaqla əlavə xidmət haqqı əldə edə bilər. Əyalətlərdə turizmin bu növünün inkişaf etdirilməsində kənd əhalisinə yardımçı olmaq, onları müəyyən stereotiplərdən uzaqlaşdırmaq üçün yerli TV və mətbuatda çıxışlar etmək, kənd turizminin onlara və yaşadıqları ərazilərə maddi və ekoloji cəhətdən xeyirli olmasını mütəmadi izah etmək la-zımdır: Ev sahiblərinin üzü-gülərliyi, interyer, otaqların qıcıqlandırıcı olmayan boya rəngi, həyətin səliqə-sahmanı, yaşayış yerlərinin, xüsusilə yardımçı otaqların təmizliyi xeyli önəm daşıyır. Turistlərin yerləşəcəyi otaqlarda əlavə yataq dəstləri, dəsmallar və s. olmalıdır. Onların istirahəti sakitlik şəraitində keçməlidir. Sabitlik amili qonaq evinin qiymət siyasətinə də aid edilir. Xidmətlərin qiymətlərini mövsümün ortasında dəyişmək son dərəcə arzuedilməzdir. Dövlət tərəfindən məqsədli kiçik kreditlərin verilməsi kənd yerlərində qonaq evlərinin təşkilinin stimullaşdırılmasına, eyni zamanda kəndlərin infrastrukturunun da yaxşılaşmasına müsbət təsir göstərə bilər.
    Kənd turizmi yalnız biznes növü deyil, eyni zamanda ictimai diplomatiya vasitəsidir. İnsanlar hotellərdə qapalı şəkildə qalmaq istəmirlər, onlar yerli sakinlərlə münasibət qurmaq, yerli məişət və adət-ənənələrlə tanış olmaq istəyirlər. Bu səbəbdən ev sahibləri xarici turistlər üçün ölkənin xoş simasını təbliğ etməli, digər regionlardan gələnlərlə isə sıx daxili əlaqələr yaratmalıdırlar. Turizm dünyanın bir çox ölkələrinin təsərrüfat strukturunda getdikcə daha böyük əhəmiyyət kəsb edir. Kənd turizmi kəndlərin və kənd təsərrüfatının inkişafına, sosail-mədəni xidmət sahələrinin yaradılma-sına və onların göstərdiyi xidmətlərin səviyyəsinin yüksəldilməsinə, əhalinin məşğulluğunun təmin edilməsi və gəlirlərin artırılma-sına müsbət təsir göstərir. Kənd məskunlaşmasının qorunan təbii mühiti, təbiətin özünübərpa sisteminin təmin edilməsi bu ərazilərdən turizm sənayesinin inkişafında istifadə olunması imkanlarını genişləndirir. Ona görə hazırda bir çox ölkələrdə yaradılmış xidmət sahələri və əlverişli təbii şərait kənd yerlərinə getdikcə daha çox turist cəlb edir.

    Rəşad HÜSEYNZADƏ,
    Gəncə Dövlət Universiteti, magistr

    Müəllif: Redaktor, 11:49

    Teqlər:

İsmarıclar bağlıdır.