Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    111.Bir gün Molla Nəsrəddin axşam yatırmış. Birdən çöldən səs gəlir. Üşüməsin deyə belinə yorğan bürür. Molla çölə çıxır, sonra evə qayıdır. Birdən görür ki, yorğan yoxdu. Arvad deyir. Molla, o nə səs idi? Molla dedi:
    –Dava yorğan davasıdır.
    ***
    Bir gün Molla Nəsrəddin itini itirir. Görür ki, qızla oglan söhbət edir.
    –Oğlan:
    –Mən sənin gözlərində dünyanı görürəm.
    Molla:
    –A bala, ordan bax gör mənim itim hardadı.
    ***
    Bir gün Molla Nəsrəddin dükana gedir. Satıcıdan soruşur:
    Bu kartofun qiyməti neçəyədi?
    –Səninçün 4 manat.
    Molla başqa satıcıdan soruşur:
    – Bu soğanın qiyməti neçəyədi?
    – Sənünçün 4 manat
    Molla dözməyib pomidor satanın yanına getdi və dedi:
    –Pomidorun qiyməti neçəyədi?
    –Sənin üçün 4 manat.
    Molla dayanır. Başqa müştəri gəlir.
    Molla görür ki, satıcı pomidoru müş-təriyə 2 manata satır.
    Molla satıcıdan soruşur:
    –Bəs niyə ona 2 manata satırsan, mənə 4 manata?
    –Ay Molla ona nağd verirəm sənə kreditnən.
    ***
    Molla Nəsrəddinə deyirlər:
    –Aş aparırlar.
    –Mənə nə.
    –Sizə aparırlar.
    –Onda sənə nə.

    Müəllif: Redaktor, 08:36

    Teqlər:

İsmarıclar bağlıdır.