Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    image_1951Qabrovolu bir qoca evinin damını təmir eləyəndə, ayağı sürüşüb yıxılar. Pəncərənin yanından keçəndə arvadını səsləyib deyir:
    –Xörəyi bir adamlıq az bişir, məndə yeməyə hal qalmayacaq.
    ***
    Bir qabrovolu qayınanası üçün başdaşı sifariş vermək istəyir. Ustanın yanına gəlib deyir:
    –Mənə elə başdaşı lazımdır ki, həm ucuz olsun, həm də qəşəng.
    Usta üstü yazılmamış hamar bir daşı göstərir:
    –Bu daşın qiyməti yüz levdir. Mərhumun adını yazmaq üçün səndən 50 lev alacağam.
    Qabrovolu ustaya yüz lev verib deyir:
    –Ad yazmaq lazım deyil, qayınanam savadsızdır, oxuya bilməyəcək.
    ***
    Qabrovolu Sofiyada oxuyan oğlunu görməyə gələndə oğlan özünü öyüb dedi:
    –Ata, bu gün on stotinq qənaət etmişəm.
    –Sağ ol, oğlum, bir ətraflı danış görək.
    –Səhər tramvaya minmək əvəzinə onun dalınca qaça-qaça məktəbə getmişəm.
    –Nə axmaq uşaqsan, sən gərək taksinin dalısında qaçaydın, o vaxt daha çox qənaət edərdin.
    ***
    Atası oğluna təzə ayaqqabı almışdı. Axşam onlar qohumlarına qonaq gedəndə atası soruşdu:
    –Oğlum, təzə ayaqqabıları geyinmisən?
    –Bəli, ata.
    –Elə isə addımlarını geniş at ki, ayaqqabı yerə az sürtülsün.

    Müəllif: Redaktor, 08:38

    Teqlər:

İsmarıclar bağlıdır.