Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    Namərdlə dost olma, yaman gündə atar səni.
    Dostunu dar gündə sına.
    Dost-dosta tən gərək, tən olmasa gen gərək.
    Dostunun damına çıxma, torpaq tökulər.
    Unutqanlı adamla dost olma.
    Çörək dostu olma, ürək dostu ol.
    Roma imperiyasının böyük sərkərdəsi Antey torpağa çox bağlı adam olub. Onun təlimçiləri Anteyi torpaqdan aralayanda, qüvvədən düşür. Bu sirri heç kimə açmırlar. Odur ki, Anteyi basılmaz qəhrəman bilirlər.
    Namərd dostun olunca, yağı düşmənun olsun.
    Namərdi özümə mən dost eylədim,
    Yolunda canıma mən qəsd eylədim.
    Söyüddən bağ saldım, piyvəst eylədim,
    Almasın, heyvasın, narın görmədim.
    D. Abbas
    Dostluğa zaval yoxdu, çəksələr min divana.
    Qarı düşmən dost olmaz.
    Dostluq ibrət dərsi ol-malıdı.
    Dost min olar, düşərgə bir!
    İki oğlum var, biri dostumdu!
    Dostluq insanlar arasında ünsiyyətdir, dostluq əlçatmaz zirvədir, hər adam o zirvəni fəth edə bilməz.
    Dostu unutmaq, cinayətdir.
    Dostluqda yalançılıq çox qorxuludur, yalan, dostluğun qayçısıdır.
    At yiyəsinə çox sədaqətlidir.

    Toplayanı: Nübar MƏDƏTLİ,
    Azadqaraqoyunlu kəndi

    Müəllif: Redaktor, 08:52

    Teqlər:

İsmarıclar bağlıdır.