Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    скачанные файлыİslam Peyğəmbəri HZ. Mühəmməd (s) buyurub: “Dörd şeyi, dörd şeyə yetişməzdən əvvəl qənimət bil: 1.Cavanlığı qocalmazdan əvvəl.
    2.Sağlamlığı xəstələnməzdən əvvəl. 3.Dövləti kasıblıqdan əvvəl. 4.Həyatı ölümdən əvvəl”.
    İmam Hz.Əli (ə) buyurub: “Dörd şeyin qədrini dörd kəsdən başqa heç kim bilməz: 1.Cavanlığı qocalar. 2.Rahatlığı çətinliyə düşənlər. 3.Sağlamlığı xəstələr. 4.Həyatı ölülər”.
    Cavanlıq, gənclik insan ömrünün ən qüdrətli və çiçəklənən bir dövrüdür. Buna görə də təsadüfi deyil ki, hədislərdə ilk yer alan söz “cavanlıq” sözüdür. Yenə də hədislərdə buyrulur ki, “Qocalıb qolunuz gücdən, zehniniz qüvvədən, gözünüz nurdan düşməmiş cavanlığınızdan qolunuzun gücüylə savab və xeyirxah işlərdə, zehninizin qüvvətiylə hikmətli və nəsihətamiz əhvalatlar və elm öyrənməkdə, gözünüzün nuruyla kitab oxumaqda və bu ibrətli dünyaya diqqətlə baxıb nəsə qazanmaqda istifadə edin”. Hz.Əli (ə) buyurur: “Baxışlar iki cürdür: biriylə baxıb ötmək, o birisiylə baxıb götürmək. Nə xoşbəxtdir o kəslər ki, baxıb götürələr”.
    Hz.Peyğəmbərimizdən (s) buyurulur: “Dinimiz boşbekar, işdən, elmdən uzaq olan bəndəsindən Allahın xoşu gəlmədiyini deyir”.
    “Ümmətinin xeyirli, ən yaxşı adamları bilikliləridir. Biliklilərin ən yaxşıları mərhəmətli olanlarıdır. Tanrı bisavadın bir günahını bağışladığı halda, alimin qırx günahını bağışlar. Bilin ki, mərhəmətli alim, bilikli insan Qiyamət günü parlayan, nuru aləmə işıq salan ulduza bənzər”.
    “Sizə bilik öyrədən adamı da böyük sayın, uca tutun, bilik öyrətdiyiniz adamı da”.
    “Ən böyük sədəqə biliyi bilməyənlər arasında yaymaqdır”.

    Təqdim etdi:
    Rasim AXUNDOV, professor

    Müəllif: Redaktor, 10:07

    Teqlər:

İsmarıclar bağlıdır.