Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    kirpii_jurnaliDSC_6059DİLXORÇULUQ

    Yeni il qabağı “Bala Kirpi” şəhərin kücələrini gəzməyə çıxdı. Tərtərin gözəlliyi həmişə onu valeh edib, baxdıqca gözləri doymayıb. Yol boyu salınan yaşıllıqlar, güllər, çiçəklər əsra-rəngiz bir mənzərə yaradıb. Amma… Məsələ də elə bu “amma”dadır.
    “Bala Kirpi” yol gedə-gedə başladı fikirləşməyə: “Nəyə görə bəzi adamlar bu gözəlliklərin qədrini bilmir? Bu güllər, çiçəklər, bu təmizlik onların ruhunu oxşamırmı? Niyə bəzi cahillər qırmağa, dağıtmağa, zibilləməyə həvəsli olurlar?
    “Bala Kirpi” o vaxt fikirdən ayılıb gördü ki, öz-özünə danışır və elə bu an ayağı yolun ortasına atılmış zibil torbasına ilişdi, az qaldı ki, yıxılsın. Deyindi: “Şəhərin hər küçəsində kifayət qədər müasir zibil qutuları qoyulduğu halda, bu adamlar niyə zir-zibili hara gəldi atıllar? Onlar bilmirlərmi ki, ətrafa səpələnmiş zibillər üfunət yaradır, infeksiya mənbəyinə çevrilir, antisanitariya vəziyyətinə səbəb olur? .Heç olmasa, niyə Yeni il qabağı şəhərin küçələrini zibillə-məkdən əl çəkmirlər?”. DSC_6056DSC_6062Bu sualların içində bəzi zibil qutularının ətrafı onun gözləri önündə canlandı. Bu qutuların içi boş qaldığı halda, bəzi nanəciblər tullantıları, zir-zibili ətrafa səpələyirlər. Siçovullar da başlayırlar burada “tans oynamağa” və kef çəkməyə. Bu hərəkətlər həmin şəxslərin ünvanlarına hansı ayamaları və söyüşləri gətirir bilmirlərmi görəsən?!.
    “Bala Kirpi” zibil torbasından yenicə xilas olmuşdu ki, ayağı qəfil bir çalaya düşdü. Gördü ki, bu çuxur yenicə asfaltlanmış yolun tən ortasından qırağına qədər kiminsə qazılmış su xəttinin yeridir. Əsəbiləşdi:”Nə üçün belə vicdansızlar özbaşınalıq edirlər?! Deyən yoxdurmu ki, ay filan-filanın oğlu, niyə özbaşına təzə salınan asfaltı qazıb bərbad günə qoyursan?! Utanmırsan?!”
    “Bala Kirpi” yenə öz-özünə mızıldandı: “Əşi, kimə deyəsən, ey?! Bir deyil, iki deyil, şəhərin əksər küçələrini bəziləri bu abıra salırlar. Insafları yox, mürvətləri yox!”.
    Atalar məsəli var: “Əri döymüş arvadı it də tutdu bir yandan” .
    “Bala Kirpi” çox pis qeyzlənmişdi. Bir də baxıb gördü ki, qarşısındakı pöhrələmiş bir körpə çinarı əyib ortasından sındırıblar, bir az aralıda isə yaşıl gül kollarında qol-budaq qoymayıblar. Bir az da irəli gedəndə gördü ki, 3-4 cavan oğlan gecə işıqlarını daşlayırlar. Dili-dodağı əsdi, yalnız bunları deyə bildi:”Vicdansızlar!!!Nankorlar!!!”.
    “Bala Kirpi” Yeni il qabağı tamam dilxor oldu və yarı yoldan geri qayıtdı.

    Tofiq YUSİF

    Müəllif: Redaktor, 11:58

    Teqlər:

İsmarıclar bağlıdır.