Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    goldretriveraa00a2d8Çin təqviminə görə, 2018-in sahibi sakit və mehriban İt ili olacaq. Qarşıdakı il də sahibinin xarakterinə uyğun keçəcək. Astroloqlar iddia edirlər ki, İt ili bütün zodiak işarələrinə uğur və müvəffəqiyyət vəd edir.
    Onların sözlərinə görə, 2018-ci il həm karyera yüksəlişi, həm şəxsi nailiyyətlər, həm də şəxsi həyatda müsbət hadisələrlə yadda qalacaq.
    Çin təqviminə əsasən sadiq və yüksək intellektli heyvan – İt bütün alçaldılmış və incidilmiş insanların köməyinə gələrək onları təhqir edənləri cəzalandıracaq. Onun gəlişi ilə dünyada, hətta düşmənçilik edənlər arasında da sülh və həmrəylik bərqərar olacaq. Astroloqlar bildirirlər ki, it ili sakit və qalmaqalsız ötüşəcək. O, müqavilələrin bağlanması, sülh və diplomatik əlaqələrin qurulması üçün ideal olacaq. Qarşıdakı il şəxsi həyatda da müsbət dəyişikliklər gətirəcək. Şərq təqviminə görə, ümumlikdə 2018-ci il hər kəsi öz nikbinliyi və müsbət əhval-ruhiyyəsi ilə sevindirəcəcək.

    Müəllif: Redaktor, 12:02

    Teqlər:

İsmarıclar bağlıdır.