Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    İT İLİNİN XARAKTERİ

    perros-navidad-regalos-listgChristmas-Tree-With-Lights-071922, 1934, 1946, 1958, 1970, 1982, 1994, 2006, 2018
    İtlər – bu, sadiqliyə, vəfalılığa nişandır, onlar uşaqların tərbiyəsinə qarşı çox diqqətçildirlər. İt ilində doğulan insanlar sağlam fikirli, təşəbbüslü olurlar. Müvəffəqiyyət qazanmaq üçün onlara kimsə kömək və qayğı göstərməlidir. Gözəl xasiyyətləri olduğu üçün, onların çoxlu dostu olur. Yapon inamına görə, itlər insan xasiyyətlərinin gözəl əlamətlərinə malikdirlər: sadiqlik, düzgünlük, borcluluq hissi. İt etibar hiss etdirir, başqasının sirrini saxlaya bilir. İti adətən yüksək qiymətləndirirlər və bu da təsdiqlənmişdir. O, başqaları üçün əlindən gələni edir, onun sadiqliyi yüksək həddədir. Hətta özünə də qəsd edə bilər. Onu öz varlılığı az maraqlandırır. O, böyük ürəkli və təmannasızdır. Ancaq ona pul lazım olarsa, o, pulu başqalarından yaxşı tapa bilər. Onun yığından xoşu gəlmir, qapalıdır. İtlər çox tərsdirlər və nə istədiklərini çox yaxşı bilirlər.
    O, çox vaxt ədəbsiz olur və ondan sərt iradlarına görə qorxurlar. İt ilində doğulan adamlar həmişə ədalətin müdafiəçisi olublar. İstənilən ədalətsizlik onlarda etiraz oyadır, onlar o dəqiqə davaya atılırlar.
    İtlər çox nadir hallarda səfehlərin tərəfini saxlayırlar. İt ilindən olanlar sənayedə çox yaxşı başçı, həmkarlar ittifaqında aktiv xadim, tərbiyəçi ola bilərlər. Lakin nə ilə məşğul olmasından asılı olmayaraq, həmişə sadiq işçi olurlar. İtlər Atlar, Dovşanlar və Pələnglərlə xoşbəxt ola bilərlər. Xoruz və öküz nikahı uğursuzdur. Ən uğursuzu isə Əjdaha və qoyunlardır.

    Müəllif: Redaktor, 12:17

    Teqlər:

İsmarıclar bağlıdır.