Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    DSC_6857Bərxudarlı Qədir Ramin oğlu şəhər 2 saylı məktəb-liseyin beşinci sinfində oxuyur. Dərs əlaçısıdır. Sevdiyi məşğuliyyətlərdən ən ürəyinə yatanı idmandır. Lap uşaq yaşlarından idman haqqında bir kəlamı daim dilində əzbər edib: “Kim sevirsə idmanı, sağlamdır onun canı.” Elə bu amal uğrunda da idmanın kikboksinq növü ilə məşğul olur.
    Əlamətdar tarixi hadisələrlə zəngin olan 2017-ci il balaca idmançının həyatında da yaddaqalan olub.
    Belə ki, Cəhdi Cəlal adına kikboksinq klubunun yetirməsi olan Qədir Bərxudarlı 8 oktyabr 2017-ci ildə Bakı şəhəri Suraxanı rayon Gənclər və İdman İdarəsində “Şindi” kikboksinq klubunun açıq birinciliyində 34 kiloqram çəki dərəcəsində 10 yaş qrupunda qazandığı qələbəyə görə 1-ci yerə layiq görülmüş, diplom və medalla təltif olunmuşdur.
    Qədir ikinci uğurunu 10 dekabr 2017-ci il tarixdə Mingəçevir şəhərində qazanmışdır. 2006-2007-ci il təvəllüdlülər arasında keçirilən 36 kiloqram çəki dərəcəsindəki yarışda yenə həmin idman növü üzrə birinci yeri tutmuş, diplom və medalla mükafatlandırılmışdır.
    Yəqin ki, illər birbirini əvəz etdikcə balaca idmançının özü də böyüyəcək, uğurları da artacaq.
    Bu idmançının məşqçi müəllimi idman ustası Ramil Cəhdidir. O da Qədirin gələcəyinə böyük ümidlər bəsləyir.
    Qarşıdan gələn yeni 2018-ci ildə Qədir Bərxudarlıya daha sevindirici uğurlar arzulayırıq.

    Səbuhi KƏRİMOV,
    Tərtər şəhər sakini

    Müəllif: Redaktor, 13:42

    Teqlər:

İsmarıclar bağlıdır.