Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    DSC_6952 (Копировать)DSC_6957 (Копировать)Yeni il insanların həmişə səbirsizliklə gözlədiyi ən əziz bayramlardan biridir. Bu bayram məişətimizə elə daxil olub ki, hələ gəlməsinə xeyli qalmış onu təmtəraqla qarşılamağa hazırlaşan insanlar Yeni il yolkası qurur, budaqlarından müxtəlif çılçıraqlar asır, uşaqlar Şaxta Baba və Qar Qızın yolunu gözləyirlər. Yeni il gecəsi hamı süfrə başına toplaşır, bayram təamlarından yeyir, deyir-gülür, danışır, şənlik edir.
    Elə insanlar da var ki, onlar Yeni il gecəsində iş başında olur, növbə çəkir, əhalinin sağlamlığı keşiyində dururlar. Həkimlər kimi.
    Rayon mərkəzi xəstəxanasında baş həkimin müavini Sevda Əliyeva bildirdi ki, bizim tibb personalımız bir qayda olaraq bayram günlərində–xüsusən də yeni ildə gecə-gündüz növbə çəkir, insanların sağlamlığı keşiyində dayanırlar. Cərrahiyyə, terapiya, doğum evi, ağ ciyər xəsləlikləri şöbəsi, yoluxucu xəstəliklər, təcili yardım və qəbul şöbəsi üzrə hər biri 5 nəfər olmaqla gücləndirilmiş iş rejimində işləyirlər. Biz bu siyahını yeni ilə bir neçə gün qalmış tərtib edib, həkim və tibb işçilərini məlumatlandırırıq.
    Bayram gecələrində ən çox işi olan şöbələrdən biri xəstəxananın təcili yardım xidmətidir. Həkim Gülşən Bayramova, feldşer Azər Əhmədov, tibb bacısı Mədinə Mayılova təcili yardım maşınının sürücüsü Firəddin Şükürov bayram günlərində həmişə tapşırılan işin öhdəsindən layiqincə gəlirlər.
    Feldşer Azər Əhmədov dedi:
    –Bayram günlərində əksərən növbədə mən oluram.
    Cərrahiyyə şöbəsində həkim Mübariz Mahmudovun komandası–tibb bacısı Arzu Hüseynova, tibb işçiləri Məryəm Musayeva, Könül Xanlarova, Kifayət Mustafayeva insanların sağlamlığı üçün əllərindən gələni əsirgəmirlər.
    Sevda həkim sonda dedi: –Yeni il bayramı münasibətilə bütün tibb işçiləri adından tərtərliləri təbrik edir, onlara uzun ömür, cansağlığı diləyirəm. Arzum budur ki, bayram günlərində heç kim xəstələnməsin.
    Yeni il bayramı ərəfəsində gələcəyimiz olan uşaqların sağlamlığı keşiyində dayanmaq da yaddan çıxmayıb.
    Teyyub Həsənov adına rayon uşaq xəstəxanasının baş həkimi Hicran Rəhimli bildirdi ki, bayram günlərində xəstəxanada növbətçi uşaq həkimi Arzu Sultanova olmaqla tibb işçiləri Nərgiz Axundova, Gülbəniz Balayeva, Təhminə Rəhimli, Ruhiyyə Rəhimova və həmçinin 4 nəfərdən ibarət kiçik tibb işçiləri də növbə çəkəcəklər.

    Əvəz NƏSİROV

    Müəllif: Redaktor, 14:01

    Teqlər:

İsmarıclar bağlıdır.