Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Dek

    Əziz tərtərlilər!
    Biz sizinlə birlikdə daha bir uğurlu ili başa vururuq. Bu müddətdə ölkə başçısının tapşırıq və tövsiyələri əsasında rayonumuzun tarixində görünməyən tikinti işləri aparılıb. Xüsusilə sevindiricidir ki, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın, uzunluğu 29,5 kilometr olan, 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Tərtər – Seydimli – Qaradağlı – Sarov avtomobil yolunun açılışlarında Prezident İlham Əliyev iştirak edib. Ölkə rəhbəri Tərtərə səfəri çərçivəsində həmçinin ümumi sahəsi 88 min kvadratmetr olan və 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.
    Prezident İlham Əliyevin dediyi kimi, “Düşmənlə üz-üzə dayanan tərtərlilər həmişə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində xüsusi rol oynamışlar”. Bu sözlər hər birimizin qəlbini qürur hissi ilə doldurur. Biz yeni – 2018-ci ilə böyük ruh yüksəkliyi ilə qədəm qoyuruq. Əminəm ki, qəhrəman tərtərlilər bundan sonra da qarşıda duran bütün vəzifələri layiqincə icra edəcək, Azərbaycanın iqtisadi qüdrətinin artmasına öz köməkliklərini göstərəcəklər.
    Qeyd etmək istəyirəm ki, bu il rayonumuzda kənd təsərrüfatı, sahəsində dönüş yarandı. Pambıq, şəkər çuğunduru, barama, meyvə-tərəvəz və heyvandarlıq məhsullarının istehsalında Tərtər respublikada ön cərgələrdədir.
    Hörmətli bacı və qardaşlarım! Tərtər özü cəbhə bölgəsi olsa da, uzun illər öz qoynunda minlərlə qaçqın və köçkünə yer verib. Bundan sonra onların böyük bir hissəsi-1170 ailə 34 çoxmərtəbəli binadan ibarət şəhərcikdə yaşayacaq. Mən bu münasibətlə sizləri ürəkdən təbrik edirəm.
    Qışın soyuq, şaxtalı günlərində səngərdə keşik çəkən mərd əsgərlərimizə müraciət edir və bildirmək istəyirəm ki, tərtərlilərin orduya münasibəti xalq-ordu birliyinin ən gözəl təcəssümüdür. Biz daim sizə arxalanırıq, sizlərin xidmətindən qürur duyuruq. Əziz balalar! Arzu edirik ki, hər birinizə qalib əsgər sevincini yaşamaq nəsib olsun. Bu gün düşmən tapdağı altında qalan torpaqlarda zəfər yürüşünün iştirakçısı olasınız!
    Bu günlərdə biz Yeni il bayramı ilə yanaşı həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edirik. Dünyanın müxtəlif guşələrinə səpələnmiş azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, daim doğma Vətənimizi düşünür, onun daha da çiçəklənməsinə çalışırlar.
    Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın hər yerində qeyd olunan bu gün bizi bir-birimizə daha da yaxınlaşdırır.
    Əziz həmvətənlərim, hörmətli tərtərlilər! Sizləri bir daha 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

    Müəllif: Redaktor, 14:39

    Teqlər:

İsmarıclar bağlıdır.