Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan

    0111Şəhidlər dünyadan cavan köçsə də,
    Ömründə illəri daşıyanlardı.
    Əsrlər dolanıb, zaman keçsə də,
    Şəhidlər əbədi yaşayanlardır.
    Doğrudan da bu belədir. Şəhidlər cismən ölsələr də, həmişə xalqın qəlbində əbədi olaraq yaşayırlar. Mən Tərtərimin ilk şəhidlərindən biri olan Rafiq Nuriyevdən söz açmaq istəyirəm. Əvvəlcə onun məktəb illərini yada salaq. Müəllimlər Rafiqdən həmişə fəxrlə danışırlar. Mehriban, ağıllı və tərbiyəli bir şagird olduğunu, dərslərindən yaxşı qiymətlər aldığını qeyd edirlər.
    Şəhər 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Xalidə Quliyeva Rafiqi belə xatırlayır:
    –Mən ona 8-ci sinifdən, orta məktəbi qurtarana qədər dərs demişəm. Sakit, tərbiyəli və yaxşı oxuyan şagird kimi yaddaşımda qalıb. Yaxşı inşa yazardı. Bu inşalarda Vətəninə, elinə olan məhəbbəti öz əksini tapardı. İctimai işlərdə, idman yarışlarında fəal iştirak edərdi.
    Bu gün məktəbimizin Rafiq Nuriyevin adına olması bir müəllim kimi məni də qürurlandırır. Rafiq bu gün onu sevənlərin qəlbində yaşayır. Allah ona rəhmət eləsin! Daha sonra mən Rafiq Nuriyevin böyüyüb boya-başa çatdığı ünvana yollandım. Qapını üzümə saçları qar kimi ağarmış nurani bir qadın açdı. Bu, şəhidin anası Bəsrə xaladır. O, məni qucaqlayaraq evə dəvət etdi. Masanın üstü qəhrəmanla bağlı şəkil, mükafatlar, Fəxri fərmanlar, məktublarla dolu idi. Ana göz yaşları içində övladı haqqında belə danışdı:
    –Rafiq 1987-1989-cu illərdə hərbi xidmətini Əfqanıstanda keçirdi. Orda bir kəsfiyyatçı kimi böyük igidliklər göstərərək dəfələrlə Fəxri fərmanlarla, müxtəlif mükafatlarla təltif olunub.
    Mən bir ana kimi Allaha yalvarırdım ki, oğlumun taleyinə şəhidlik yazılıbsa, orda ölməyib, öz vətəni yolunda şəhid olsun. Allah səsimi eşitdi.
    1989-cu ildə Rafiq hərbi xidmətini başa vuraraq Səttarxan adına zavodda işləməyə başlayır. Lakin torpağının işğal altında olduğuna dözə bilmir. 1991-ci ildə Milli Qrduya yazılır. O, öz kəşfiyyatçı məharətini Qarabağ döyüşlərində göstərir.
    “And içirəm ki, Ana torpağımın hər bir qarışı üçün ölümə hazır olaraq, Vətəni son damla qanıma qədər, göz bəbəyi kimi qoruyacam”. Rafiq Nuriyev öz andına sadiq qalaraq torpaq uğrunda son damla qanına qədər vuruşdu. Daşaltı əməliyyatının uğursuz keçməsi neçə-neçə igid döyüşçümüzün ümidini yarıda qoydu. Bir kəşfiyyatçı kimi Şuşada, habelə Nəbilər, Kosalar, Cəmilli və Malıbəyli kəndlərində erməni faşistlərinə qarşı igidliklə vuruşdu.
    Rafiq Nuriyev 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatında snayper gülləsindən yaralanıb şəhid olmuşdu.
    Əfqanıstandan sağ-salamat qayıdan Rafiq öz vətənində əbədiyyətə qovuşdu. O, öz ölümü ilə təkcə tərtərlilərə deyil, Azərbaycan xalqına baş ucalığı gətirdi.
    Mən inanıram ki, xalqımızın milyonlarla igid oğulları bir sel kimi çağlayacaq, Rafiq kimi şəhidlərin qanını yerdə qoymayacaq, Qarabağ torpaqlarını azad edəcəklər.

    Изображение-085-1-200x300Lalə Anarqızı,
    Rafiq NURİYEV adına şəhər 6 saylı tam orta məktəbin şagirdi

    Müəllif: Redaktor, 11:37

    Teqlər:

İsmarıclar bağlıdır.