Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan

    SON GÖRÜŞ

    01111Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynov mənim şagirdim olub. V-VIII siniflərdə həm də onun sinif rəhbəri olmuşam. IX sinfi Şuşa internat məktəbində, X sinfi Tərtər şəhərində bitirib. İndiki texniki universitetdə su mühəndisliyi ixtisasını alıb, Tərtərə gəlib. Hərbi təhsilini Gürcüstanda alıb. Uşaqlıqdan hərbçi olmağa çox meyilli idi. Ataları Böyük Vətən müharibəsindən yaralı qayıtmışdı (6 bacı, 2 qardaş idilər). Elman ən kiçiyi idi. Rayonda öz işi ilə yanaşı, bütün ictimai vəzifələri daşıyıb. Uşaqlıqdan boylu-buxunlu, yaraşıqlıydı. Rayonda hərbi rütbəli çox az gənc vardı. Ermənilərin bö-yük Ermənistan yaratmaq iddiaları barədə artıq söz-söhbət gedirdi. Dünyanın hər tərəfindən qovulub İrəvan xanlığına toplanan ermənilər əvvəlcə Zəngəzura sahib çıxdılar. Əlbəttə, Rusiyanın havadarlığı ilə. Yavaş-yavaş İrəvan xanlığının əsl sakinləri olan azərbaycanlıları dədə-baba yurdlarından (1948-1950)-ci illərdə qovdular. 1988-1989-cu illərdə bu vəhşilik təkrar olundu. Bu vaxt Tərtər oğulları ayağa qalxaraq özünümüdafiə batalyonu yaratdılar. Onda Elman baş leytenant idi. 1988-ci ilin 22 sentyabrında texniki peşə məktəbinin binasınıda qərərgah yarandı. Elman da komandir oldu. Kəndimizdə 100-dən çox gənc batalyona könüllü yazıldı. Gənclər axın-axın gəlirdi. 1988-ci ildən fəaliyyətə başlayan özü-nümüdafiə batalyonu 1993-cü ilin 4 yanvarında şəhid olan Elman Süleyman oğlu Hüseynovun rəhbərliyi ilə həmişə ön xətdə, ən qabaqda döyüşə girirdi. Əsgərlərə hər gün əhali çörək, ərzaq, papiros, corab, isti jaket, şərf gətirirdi. Bütün rayon məktəbləri hər gün cəbhə xəttinə kömək edirdi. Mən dəfələrlə cəbhə xəttinə getsəm də, Elmanı görə bilmirdim.
    Rayonda, demək olar ki, uşaqdan-böyüyə bütün əhali müdafiəyə cəlb olunmuşdu. Xəstəxanalar şikəst, yaralı, qaçqınlarla dolu idi. Əhali onları lazım olan hər şeylə təmin edirdi. Bir dəfə cəbhə xəttinə başqa əşyalarla yanaşı 50 ədəd “Arazam-Kürə bəndəm” adlı folklor nümunələri toplanmış kitab aparmışdım. Elmanın müavini Vahid Quliyev qarşıladı məni. Süfrə açdım, tənək dolması yedilər (Elmana da pay saxladılar). Həmin “Arazam-Kürə bəndəm” kitabını, əl-üz dəsmalını, corab da pay qoydular. Sonralar (yəni ölümündən sonra) onun şəxsi əşyalarının içindən həmin kitab da çıxmışdı. 2 yanvar 1993-cü il Elmanı yuxuda gördüm. Məni çağırdı. Darvazaya yüyürdüm. Gördüm, yanında bir quzu durubdu. Mənə ana deyirdi. Gözümü açdım, gördüm yuxudu.
    Səhərisi (4 yanvarda) eşitdim müəllim yoldaşımızın anası ölüb. Yasa getdim. Gördüm, bütün müəllimələr çöldə Elmanın ətrafına toplanıb. Məni görəndə izdihamnan birlikdə mənə doğru gəldi. Yuxumu demədim, boynuna sarılıb çox ağladım. O dedi:
    –Ay ana, əziz müəllimim, niyə ağlayırsan, mənim kimi yüzlərlə oğul var mənim yanımda. Hamısı şir kimi torpağı-mızı yağılardan qoruyur.
    Sinəsini tamam islatdım. Yuxumu demədim. Hamımızla vidalaşıb getdi. Çünki onu döyüş yoldaşları gözləyirdi. 1993-cü il yanvarın 14-də eşitdim ki, yaralanıb. Məhərrəmli yolqırağı obamızdı, ora qədər ayaq-yalın yüyürdüm.
    Qalan yolu bilmədim kim apardı. Tərtər hospitalından kəndimizə qədər minlərlə tərtərli Elmanı çiyinlərində gətirdi. Kəndimizin ayağı yer tutan insanları izdihamın qarşısına gəldi.
    Bu görüş Elmanla mənim son görüşüm oldu!

    Göz yaşım selə döndü.
    Durnalar gölə döndü.
    Sən getdin, qayıtmadın,
    Ayların, ilə döndü.nuvar

    Nübar MƏDƏTLİ

     

    Müəllif: Redaktor, 11:44

    Teqlər:

İsmarıclar bağlıdır.