Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    Yaxşı ki, varsan!…

    1368257946_qarabag-7Bilirəm, qanınla, canınla bağlandığın elində, obanda sən adi fəhlə də ola bilərsən, müəllim də, həkim də, alim də, şair də… Dünyanın hansı tərəfində yaşasan da elinə bağlılığın özünü göstərəcəkdir.
    Sən başqa cür düşünmürsən. Gözəllik, xeyirxahlıq, qayğı, uğurlar, irəliləyişdir sənin amalın. Qurub-yaratmaq istəyirsən, bu gün üçün, sabah üçün, gələcək üşün. Xalqının, vətəninin rifahını, güzaranını düşünürsən, elinə bağlı insan. Bilirəm, coxluqlar içində birsən, beşsən, on-san, yaxşı ki, varsan, yaşayırsan. Sən həmişə olacaqsan, yaşayacaqsan. Çünki sən varlığınla elinin, obanın sütunu, dirəyisən, dayağısan. Xalqının duası, sevinci, arzusu yaşadacaq səni. Bəlkə də arzulardan doğulmuş bir xeyirxah varlıqsan sən, elinə bağlı insan.
    Daşı daş üstə hörürsən yurd-yuvanın möhkəmliyi, toxunulmazlığı naminə, əkdiyin pöhrələrə qayğı göstərirsən, qulluq edirsən gələcəkdə zəhmətinlə fəxr etməyin üçün. Kəndlərin, şəhərlərin gözəlləşməsi, firavanlaşması üçün əlindən gələni əsirgəmirsən. Bunu yalniz elinə bağlı insanlar edə bilər.
    Səni doğulduğun yurddan ayırmaq çətindir. Ayrılsan da vətən yanğısı, yurd həsrəti çəkəcək səni qoynuna. Müvəqqəti ayrılıqda da elin üçün alışıb-yanacaqsan, elinə bağlı insan. Ürəyindəki arzularını həyata keçirməkdə çətinliyin olsa da son nəfəsində yurduna, elinə dönəcəksən, tor- pağına, daşına qovuşmaq üçün. El-oban üçün əsir düşəcəksən, üstünə böhtanlar atılacaq, olmazın əzab-əziyyətlərini çəksən də dözəcəksən, ümüdlərlə yaşayacaqsan ki, bir gün elinə dönəsən. Bəlkə də əgər yağılar yolunu kəssə öləcəksən vətən üçün, yurd üçün. Şəhid olacaqsan, xalqının baş ucalığı üçün.
    Yağışın selinə, axar çayların sularına, uçan quşların, əsən küləklərin səmtinə dön gəl, elinə bağlı insan. Yaşa elin üçün, yarat elin üçün, elinə bağlı insan…

    Elfuzə Camalqızı

     

    Müəllif: Redaktor, 12:49

    Teqlər:

İsmarıclar bağlıdır.