Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    12 Bu dəfəki yazımızda fəal ictimaiyyətçi, işini yaxşı bilən, peşəsini sevən, ona ürəkdən  bağlanan bir işçidən–Sarov kənd kitabxanasının müdiri Əfruz Babayevadan söhbət  açacağıq. Bilirəm, kənd kitabxanası adını eşidəndə çoxlarınız ağız büzəcəksiniz ki,  kənddə kitabxana işləyir ki? Çoxları qapının açarını da itirib. Ancaq bu, heç də hər  yerdə belə deyil. Redaksiyanın iş planına əsasən bir kitabxana işçisi haqqında məqalə  yazmalı olduğumu rayon mərkəzləşmiş kitabxana sisteminin direktoru Ulduzə  Qurbanovaya deyəndə, tərəddüdsüz Əfruz Babayevanın adını çəkdi.
    Əfruz xanımla görüşüb söhbət etdik. Öyrəndik ki, 2004-cü ildə Bakı yerli sənaye  texnikumunu bitirib, texnik-texnoloq ixtisasını alıb. Vaxtilə kolxoz həmkarlar  təşkilatının sədri işləyib. 11 ildir ki, Sarov kəndində kitabxana müdiridir.
    Buranın kitab fondu 3758 ədəddir. Bunların 1356-sı latın qrafikalı, qalanları isə kiril əlifbası ilə olanlardır. Fondda olan kitabların hamısı aidiyyatı şöbələr üzrə nizamla rəflərə düzülüb. Oxucuların sayı 650 nəfərdir. 2014-cü ildə kitab dövriyyəsi 5583 olmuşdur.
    Əfruz xanım söhbət zamanı bildirdi ki, respublika Prezidenti möhtərəm İlham Əliyevin sərəncamına uyğun olaraq kitabxanamızda tarixi günlər, əlamətdar ildönümləri, vaxtaşırı qeyd olunur. Kitabxanamız 3 otaqdan ibarətdir. Hər üç otaq əsaslı şəkildə təmir olunub, qaydaya salınıb.
    Burada Ulu Öndər Heydər Əliyevin və respublika Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini, müxtəlif bölgələrdə insanlarla görüşlərini əks etdirən fotostendlər və onlara aid kitab sərgiləri təşkil olunub. Bütün bunlar kitabxanaya gələn hər bir oxucunun böyük marağına səbəb olur.
    Əfruz xanım qeyd etdi ki, biz öz işimizi rayon mərkəzləşmiş kitabxa-na sisteminin tərtib etdiyi illik iş planı əsasında qurur, rüblük, illik hesabatları vaxtlı-vaxtında MKS-ə təqdim edirik. Il ərzində kitabxanada 24-28 tədbir keçirilir. Keçirilən tədbirlərdə MKS-in əməkdaşları iştirak edirlər.
    Əfruz Babayeva fəal ictimaiyyətçi kimi rayonda keçirilən tədbirlərin əksəriyyətində iştirak edir. Yeni Azərbaycan Partiyasının və YAP rayon təşkilatı qadınlar şurasının üzvüdür. Deyir ki, kitabxananın fondu mütəmadi olaraq yenilənir.
    Sonda onu da qeyd etdi ki, kitabxanada 2 nəfər işləyirik: mən və kitabxanaçı Şahpəri Paşayeva. O da peşəsini sevir, işinə daim məsuliyyətlə yanaşır, fəaliyyətini günün tələbi səviyyəsində qurmağa çalışır.
    Əfruz Babayeva həm də yaradıcılıqla məşğul olur. 2007-ci ildə bir kitabı işıq üzü görüb. Daha bir kitabı isə bu yaxınlarda çapdan çıxacaq.

    Müəllif: Redaktor, 12:59

    Teqlər:

İsmarıclar bağlıdır.