Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Yan

    Изображение 159Ölkəmizdə idman böyük uğurla inkişaf etməkdədir. İdmanın bir çox növlərində boksçularımız, karateçilərimiz, güləşçilərimiz öz fiziki hazırlıqları ilə ölkəmizə uğurlar qazandırmışlar. Azərbaycan bu gün bir idman ölkəsinə çevrilib. Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, gənc nəslin formalaşmasında və cəmiyyətin inkişafında idmanın böyük rolu vardır.
    Rayonumuzun idmançıları da öz qələbələri ilə həm ölkəmizə, həm cəbhə bölgəsi olan Tərtərimizə şan-şöhrət gətirirlər. İdmanın boks növü üzrə əldə olunan nailiyyətlər ürəkaçandır. Yeni-yetmə və gənclərimizdən Məhərrəm Məhərrəmzadə (52 kq) Bakı şəhərində keçirilən gənclər arasında respublika birinciliyində 3-cü yeri tutmuş, Elşən Cəbizadə (54 kq) yeniyetmələr arasında Azərbaycan çempionu, Naxçıvanda keçirilmiş Heydər Əliyev Turnirinin qalibi olmuş, Qazaxıstanda Heydər Əliyev turnirində 3-cü yerin qalibi, Bolqarıstanda keçirilən Avropa çempionatının iştirakçısı olmuşdur. Murad Allahverdiyev (75 kq) yeniyetmələr arasında respublika birinciliyində 2-ci yerin, Naxçıvanda Heydər Əliyev turnirində, Belorusiyada beynəlxalq turnirdə, Bolqarıstanda keçirilən Avropa çempionatında 3-cü yerlərin qalibi olmuşdur. Sənan Əhmədov (46 kq) çəki dərəcəsində respublika birinciliyində və Naxçıvanda keçirilən Heydər Əliyev Turnirində 3-cü yerlərin, Hüseyn İsazadə (40 kq) yeniyetmələr arasında respublika birinciliyində 2-ci yerin, Təbriz Nərimanov (66 kq) “Açıq Bakı” birinciliyinin qalibi və 66 kq çəki dərəcəsində respublika birincisi olmuşdur.
    İdmanın şahmat növündə də yeniyetmə və gənclərimiz yüksək nəticələrə sahib olurlar. 21-30 noyabr 2017-ci il tarixlərdə Gəncə şəhərində keçirilən Təhsil Respublika İdman Mərkəzinin şahmat üzrə respublika çempionatında 1 saylı məktəbin şagirdi İbrahim İbrahimli 9 oyundan 6 xal topladığı üçün, şəhər 2 saylı məktəb-liseyin 6-cı sinif şagirdi Firdovsi Məmmədov zona turnirində fəal iştiraklarına görə Fəxri Fərmanla təltif edilmişlər. YAP-ın yaradılmasının 25 illik yubileyi ilə əlaqədar keçirilən şahmat yarışında Cavidan Qurbanzadə və Aytən Cabbarzadə I yeri, İbrahim İbrahimli, Nübar Rəhimova II yeri, Aslan Əhmədov və Jalə Vəliyeva III yeri tutmuşlar.
    İnanırıq ki, rayonumuzun idmançıları bütün növlər üzrə qazandıqları uğurlarla idman tariximizə yeni-yeni qələbələr gətirəcəklər.

    Müşviq HƏSƏNOV,
    Tərtər Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi

    Müəllif: Redaktor, 10:31

    Teqlər:

İsmarıclar bağlıdır.