Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Yan

    jggggGözəl insan, qayğıkeş zabit Şikar Şükür oğlu Şikarov 1953-cü ilin payızında, Bakıda zəhmətkeş bir ailədə dünyaya göz açıb. 1961-ci ildə 164 saylı orta məktəbə gedib, 1971-ci ildə 46 saylı orta məktəbi bitirmişdi. Atası onu hüquqşünas kimi görmək istəyirdi. Lakin Şikar hərbiyə olan marağını gizlətmədi. Elə həmin il Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə qəbul olundu. 1975-ci ildə məktəbi fərq-lənmə diplomu ilə bitirərək təyinatla Primorsk vilayətindəki hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başladı.
    Şikar Şikarovun yüksək biliyə, savada malik olması komandanlığın nəzərindən yayınmırdı. Onu Moskvada Frunze adına Hərbi Akademiyaya göndərirlər. 1989-cu ildə akedemiyanı müvəffəqiyyətlə bitirərək polkovnik-leytenant rütbəsi ilə Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrin birinə qərargah rəisi təyin edilir.
    Şikar Şikarov 1990-cı il 20 Yanvar hadisələrindən sonra Azərbaycana qayıtmağa qərar verir.
    O, bir müddət Azərbaycanda Mülki Müdafiə Qərargahında əməliyyat şöbəsinin rəisi vəzifəsində çalışdı. Zəngin bilik və təcrübəsini nəzərə alaraq onu 1992-ci ilin fevral ayında Respublika Müdafiə Naziliyi Baş Qərargah rəisinin birinci müavini təyin edirlər. Xidməti vəzifəsi ilə əlaqədar olaraq tez-tez sərhəd bölgələrində olurdu. Xocalı soyqırımı Şikarın ön cəbhəyə getmək arzusunu bir az da gücləndirdi. 1992-ci ilin mart ayının əvvəllərində Goranboy rayonuna gələrək, işğal olunmuş ərazilərin erməni yaraqlılarından azad olunması əməliyyatını hazırladı və həmin əməliyyata rəhbərliyi öz üzərinə götürdü. Bu əməliyyatdan sonra rayonun bir sıra kəndləri düşmən tapdağından azad olundu. Növbəti dəfə Ağdərədə uğurlu əməliyyat həyata keçirdi. Həmin vaxt düşmənin xeyli texnikası, canlı qüvvəsi məhv edildi, ən başlıcası isə Tərtər rayonunun top və raket atəşinə tutulmasına son qoyuldu.
    Qarşıda onu çətin sınaqlar gözləyirdi. Polkovnik-leytenant Şikar Şikarov istər ordu quruculuğunda, istərsə də döyüş bölgələrində əməliyyatların hazırlanmasında yaxından iştirak edirdi.
    1992-ci il iyunun 13-ü… Həmin gün Ağdərədə vəziyyət yenidən pisləşmişdi. Ermənilər böyük qüvvə ilə hücuma keçmişdilər. Qızğın döyüş gedirdi. Belə çətin anlarda kiçicik bir səhv, bütün görülən işləri heçə endirə bilərdi. Şikar əməliyyat planı hazırladı. Batalyonu ayağa qaldırıb, hücum əmri verdi. Düşmən təslim olmaq istəmirdi. Əməliyyata birbaşa o özü başçılıq edirdi. Bir qədər sonra ermənilər tutduqları mövqelərdən geri çəkilməyə başladı. Əsgərlər bu qələbə münasibəti ilə təbrik etmək üçün cəsur komandiri çox axtardılar. Lakin o, Vətən yolunda şəhid olmuşdu. Döyüş əməliyyatlarındakı uğurları nəzərə alınaraq ona polkovnik rütbəsi verilmişdi.
    Ölümündən sonra briqada komandanlığı polkovnik Şikar Şikarova Milli Qəhrəman fəxri adı verilməsi ilə bağlı təqdimat yazdı. Prezidentin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə ona “Azərbaycannın Milli Qəhrəmanı” adı verildi.
    Polkovnik Şikar Şükür oğlu Şikarov Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib. Adına Tərtər şəhər 5 saylı tam orta və Qobustan rayonunda yerləşən Sündü kənd orta məktəbi var.

    Orxan MUSTAFAZADƏ,
    Tərtər şəhər Şikar Şikarov adına 5 №li tam orta məktəbin X sinif şagirdi

    Müəllif: Redaktor, 10:39

    Teqlər:

İsmarıclar bağlıdır.